DYP-nin satdığı oğurluq nömrə ilə bağlı müəmma hələ çözülməyib
Xəbər verdiyimiz kimi İslahat.Az saytının jurnalisti Elşən Gəncəviyə (Nəcəfov) DYP tərəfindən satılan 90-EG-987 avtomobil seriya nömrəsi oğurluq çıxıb.
Qaynarinfo-nun verdiyi xəbərə görə, nömrə taxılandan bir neçə saat sonra jurnalistin avtomobili elə DYP tərəfindən saxlanılaraq cərimə meydançasına aparılıb. Səbəb kimi də adıçəkilən nömrənin oğurluq olduğu göstərilib. Jurnalist E.Gəncəvi nömrənin az əvvəl DYP tərəfindən ona verildiyini təsdiq edən sənədləri təqdim etsə də vəziyyət dəyişməyib. Bu gün aldığımız məlumata görə, satılan nömrə ilə bağlı müəammalı vəziyyət hələ də qalmaqdadır.
Belə ki, Elşən Nəcəfovun müraciət etdiyi qurumlardan bəziləri ona satılan nömrənin oğurluq olduğunu desələr də, bəziləri isə nömrədə heç bir problem olmadığını bildirirlər. Yaranmış problem ilə bağlı Elşən Nəcəfov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və ictimaiyyətə müraciət edib. İslahat.az xəbər portalının təsisçisi və baş redaktoru Rövşən Nəcəfovdan son durum ilə bağlı rəy aldıq.
Baş redaktor bildirdi ki, yaranmış qalmaqalın səbəbi işini məsuliyyətsiz görən vəzifə adamlarıdır: "Yaranmış problemin həlli ondan ibarətdir ki, Respublika DYP-si arayış verməlidir ki, satılan nömrədə heç bir problem yoxdur. Həmin arayış isə Nəsimi Rayon 21-ci Polis Bölməsinə təqdim edilməlidir. Problemin həlli sadədirsə, niyə problem problem olaraq qalsın”.



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...