XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » BIÇAQLANAN POLİS ZABİTİ NADİR MƏMMƏDOVDUR

BIÇAQLANAN POLİS ZABİTİ NADİR MƏMMƏDOVDUR

BIÇAQLANAN POLİS ZABİTİ NADİR MƏMMƏDOVDUR
14-05-2018, 10:02

Məmur oğlunun bıçaqlanması ictimaiyyətdən gizlədilib

Bir neçə gün əvvəl 365İNFO saytında oxucularımıza Bakıda polis zabitinin yumşaq yerindən bıçaqlanması barədə məlumat vermişdik.

Məlumatda qeyd edilirdi ki, bıcaqlanmaya səbəb, məmur atası tərəfindən ona hədiyyə olunan Lexus LX 570 markalı avtomobili idarə edən keçmiş polis rəisinin “Spartak” stadionunun dairəsi yaxınlığında digər avtomobilin sürücüsü ilə mübahisə etməsi olub: “Bildirilir ki, üstündə tabel silahı olan Daxili İşlər Nazirliyi Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin polis zabiti (keçmiş polis rəisi) qarşı tərəfi söyərək “ə, indi ağzından ataram” deyib. Qarşı tərəf isə buna cavab olaraq onun əlindən odlu silahı alıb və polis zabitinin yumşaq hissəsinə bıçaqla bir neçə zərbə vurub. Bu hadisəni ört-bastır etməyə çalışan polis zabitinin məmur atası isə oğlunu xaricə apararaq, orada əməliyyat elətdirib. Məlumata görə polis zabitinin məmur atası və qohumları bu hadisəni indiyəcən ictimaiyyətdən gizlətməyə çalışırlar”
Apardığımız araşdırmalara görə yumşaq yerindən bıçaqlanan həmin polis zabiti Azərbaycan Dəmir yolu QSC-nin Qaradağ Dəmiryolu Stansiyasının rəisi Məhərrəm Məmmədovun oğlu Nadir Məmmədovdur.
Redaksiyamıza daxil olan daha bir məlumata görə təxminən iki həftə əvvəl Nəsimi rayonunda baş verən həmin bıcaqlanma hadisəsi zamanı Nadir Məmmədovun “ə, indi sənin ağzından ataram” dediyi şəxs idmançı olub. Keçən yazılarmızda həmçinin Nadir Məmmədovun iki il əvvəl DİO-dan xaric olunması və bu ilin əvvəlində yenidən polis orqanlarına bərpa olunması barədə məlumat vermişdik.
Sonuncu hadisədən – bıçaqlanmadan xəbər tutan Məhərrəm Məmmədov başa düşüb ki, oğlunu bu hərəkətinə görə DİO-dan yenə də qovacaqlar. Və buna görə də, bu hadisədən heç kimin xəbər tutmamağı üçün Nadir Məmmədovu dərhal Türkiyəyə əməliyyat olunmağa aparıb.
365İNFO-nun əldə etdiyi məlumata görə Nadir Məmmədov iki il əvvəl DİO-dan qovulmağının səbəbi özü üçün klip çəkdirərək sosial şəbəkələrdə paylaşmağı olub.
Xatırladaq ki, məlumata görə “İsntagram”da “Nadooo_007” adlı profilin sahibi olan Nadir Məmmədov öz maşının nömrəsinə (10-RC-007) rep yazdırıb və hətta maşınında “Kimdir şəhərdə nömrə 1?” adlı klip çəkdirərək, özünün “İnstagram” profilində (yazı sayta gedərkən onun “İnstagram”dakı “nadooo_007” profili artıq deaktiv olunub -red) paylaşıb.
“Qafqaz Xəbər Agentliyi”nə verilən məlumata görə, rejissor Amil Adiloğlu Bakı Yük Stansiyasında film çəkib və çəkilişlər zamanı Bakı Yük Stansiyasındakı Polis Məntəqəsinin rəisi olan Nadir Məmmədova məxsus “Gelandewagen” markalı avtomobil də lentə alınıb.
Verilən digər məlumata görə, M.Məmmədovun özünün vəzifədə irəliləməsində, eləcə də oğlunun DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin tabeçiliyində olan polis məntəqəsinə rəis düzəlməsində vasitəli olaraq QSC sədri Cavid Qurbanovun dəstəyi olub.
Ölkə mətbuatında araşdırma zamanı, onu da öyrəndik ki, Məhərrəm Məmmədov vaxtilə Bakı Metropolitenində rəis müavini olub və Tağı Əhmədov rəis vəzifəsinə təyin olunduqdan sonra Metropolitendən uzaqlaşaraq, dəmiryol sisteminə transfer olunub”, – Nadir Məmmədov haqda gedən yazıların birində deyilirdi.
2 il əvvəl Nadir Məmmədovla bağlı yazılarda onun atasının da adı hallanan zaman müxbir Məhərrəm Məmmədovdan da məsələyə münasibət öyrənmişdir. “Lazım deyil belə şeylər, hər sözü yazmayın. Mən özüm gündəmdə olan adamam, Prezident Kitabxanasına nəzər salın, nə qədər kitablar müəllifiyəm. Özüm Yerevan Metropolitenində də rəis müavini işləmişəm. Mən metropolitendə 1-ci müavin olanda Tağı Əhmədov tunellərə boyaq vururdu ”,- Məhərrəm Məmmədov bildirmişdi.
Rejissor Amil Adiloğlu, eləcə də Nadir Məmmədov və onun atası Məhərrəm Məmmədov bu və digər məlumatları təsdiqləyəndən və bu məlumatlar ictimailəşəndən sonra Nadir Məmmədov DİO-dan qovulmuşdur.
Lakin məlumata görə Nadir Məmmədov bir müddət keçəndən sonra yenidən polisə bərpa olunaraq Daxili İşlər Nazirliyi Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsinə təyin olunub. Ancaq Nadir Məmmədov Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsində də xidmət edə bilmədiyi üçün iş yerini həmin idarənin PPX bölümünə taqım komandiri vəzifəsinə dəyişib. Lakin bildirilir ki, Nadir Məmmədov polis orqanına qayıtsa da yenə də öz köhnə əməllərindən əl çəkmir; yenə də kliplər çəkdirmək arzusu ilə bahalı avtomobillərdə gəzir, qəlyanı da yanından əskik olmur.
Dəmiryol polisindən verilən məlumata görə Nadir Məmmədov özü təbiətçə çox anormal insandır və onun polis orqanında xidmət etməsi Dəmiryolu polis idarəsinin şəxsi heyətində çox təəccüb yaradır. Polis əməkdaşlarına maraqlıdır ki, qətiyyən adekvat adam olmayan, adicə normal danışıq qabiliyyəti belə olmayan belə şəxs Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin nəzdindəki Xüsusi Həkim Komissiyasından keçməyə necə müvəffəq olub?
Keçən yazılarmızda bildirmişdik ki, Məhərrəm Məmmədovun yaxın ətrafının dediyinə görə guya o, oğlunun yenidən DİO-ya qayıtması üçün DİN-in nazir müavini İsmət Əliyevə əvvəlcədən depozit şəkilində 50 min pul verib. İsmət Əliyevin isə ona cavabı belə olub: “Mətbuatda oğlun Nadirlə bağlı yazılar səngimək bilmir, ona görə hələ ki, onun polis orqanlarına qayıtmağı mümkün deyil.” Məhərrəm Məmmədov isə ona bildirib ki, “tələsən yerimiz yoxdur, nə vaxt mətbuatda yazılar səngiyər, elə o vaxt da oğlum polis orqanına qayıdar.”
Əldə etdiyimiz məlumata görə Nadir Məmmədovun havadarlarından biri də onun rəisi Yaşar Nuriyevdir. Yaşar Nuriyevin bıçaqlanma hadisəsindən xəbəri olub, ancaq Məhərrəm Məmmədovdan aldığı “yaxşı” pulun müqabilində bu faktı müvəqqəti olsa da gizlədə bilib. Yazı dərcə gedərkən redaksiyamıza Dəmir Yol QSC-nin sədri Cavid Qurbanovun bu yaxınlarda Məhərrəm Məmmədova yeni vəzifə verməsi haqda məlumat daxil oldu.
Həmin məlumata görə M.Məmmədov bundan sonra zonalar üzrə bir neçə dəmir yol yük stansiyalarının rəisi vəzifəsinə təyin olunub və həmin stansiyaların siyahısına Qaradağ dəmiryol stansiyası da daxildir.

Araşdırmamız davam edir, çox istərdik ki, DİN-in mətbuat xidməti bu hadisə barədə ictimaiyyətə məlumat versin.

365İNFO.ORG


BIÇAQLANAN POLİS ZABİTİ NADİR MƏMMƏDOVDUR
BIÇAQLANAN POLİS ZABİTİ NADİR MƏMMƏDOVDUR
BIÇAQLANAN POLİS ZABİTİ NADİR MƏMMƏDOVDUR

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.