Ukraynadakı səfirliyimiz Heydər Əliyevin adını düz yaza bilmir — FAKT
Azərbaycanın Ukraynadakı səfirliyi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibəti ilə keçirəcəyi konsert elanında ciddi səhvə yol verib.
xalqxeber.az “Ölkə.Az”-a istinadən xəbər verir ki, səfirliyin sosial platformalarda – konkret olaraq “Facebook” ünvanında yerləşdirilən elanda Ümummilli liderin adı “Qeydar” əvəzinə “Qaydar” yazılıb.
Təbii ki, ilk baxışdan texniki xəta kimi diqqət çəkən bu hala göz yumanlar rusdilli sosial şəbəkə istifadəçilərinin tənqidi ilə qarşılaşıblar.
İstifadəçilər Ümummilli Liderin adını rus dilində doğru-düzgün yaza bilməyən səfirlik əməkdaşlarını haqlı olaraq tənqid ediblər.
Xatırladaq ki, belə hal Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları tərəfindən ilk dəfə baş vermir.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...