SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » KEŞLƏ YÜK STANSİYASININ KORRUPSİYA ƏKİZLƏRİ

KEŞLƏ YÜK STANSİYASININ KORRUPSİYA ƏKİZLƏRİ

Tarix:

1-05-2018, 09:38

/ 3 070 dəfə oxundu.
KEŞLƏ YÜK STANSİYASININ KORRUPSİYA ƏKİZLƏRİ

Çoxlarına bəlkə də inandırıcı görünməyə bilər: Cavid Qurbanov kimi möhtərəm bir zat adamı yanına müavin aparmaq istəyə, adam da təklifdən imtina eləyə. Çoxlarına o da maraqlı gələr ki, bu adam kimdir. Söhbət Keşlə Yük Stansiyasının rəisi Tələbani Tahirovdan gedir.
Qız atası olan Tələbani Tahirovun bu yaxında əkiz oğulları dünyaya gəlib. Adam sevincini bölüşdüyü 300 işçisinə tort paylayıb. Təbrik edirik, o oğullar böyüyüb əsgər olacaq, Vətənimizi düşməndən qoruyacaqlar. Həm Vətəni, həm də atalarının saya — hesaba gəlməyən varidatını — Hövsandakı, Qubadakı dəyəri mlyonlarla ölçülən villalarını, «Gənclik»dəki evin bir blokunun 3 mərtəbəsində yerləşən alt-üst mənzillərini, «Land cruiser» və başqa bahalı inomarka avtomobllər karvanını mühafizə edəcəklər.
Çoxunu sadalamadığımız bu nəhəng haram kapitalın formalaşma mənbəyi sadə mexanizmlədir. Deryaz.az saytına daxil olan məlumatlara görə hər gün stansiyada dayanan 100-dən çox vaqonun hərəsinə görə yük sahiblərindən 10 manat alanda mənzərə aydınlaşır. Hələ gündəlik qazancını 4-5 minə çıxaran başqa gəlirlərini demirik.
Tahirovun müavini Mirsaleh bəy də «saleh əməlləri» sayəsində var-dövlətdə, mülk — səltənətdə rəisindən geri qalmır. Paytaxtın Nərimanov rayonunda və Biləcəri qəsəbəsində onun 7-8 evinin olduğu bildirilir. Beş oğlunun hərəsinə 1-2 ev alıb, deyirlər. Tələbani və Mirsaleh sədaqətli dost, mehriban iş yoldaşlarıdırlar. Axtarsan özləri də qohum çıxarlar bəlkə. Deyillərsə də, gələcəkdə qohumlaşmaq ehtimalları var. Bu korrrupsiya əkizlərini bir-birlərindən ayrı təsəvvür etmək qeyri — mümkündür. Yəqin nə vaxtsa həbs olunsalar belə, eyni kamerada oturarlar.

Deryaz.az
KEŞLƏ YÜK STANSİYASININ KORRUPSİYA ƏKİZLƏRİ
KEŞLƏ YÜK STANSİYASININ KORRUPSİYA ƏKİZLƏRİ

Şərhlər

XƏBƏR LENTİ