SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Samir Şərifovun işçisi Nadir Qarayev tanınmış sahibkarla şərikli bina tikir? – iddia

Samir Şərifovun işçisi Nadir Qarayev tanınmış sahibkarla şərikli bina tikir? – iddia

Tarix:

26-04-2018, 12:54

/ 1 872 dəfə oxundu.
Samir Şərifovun işçisi Nadir Qarayev tanınmış sahibkarla şərikli bina tikir? – iddia

Maliyyə Nazirliyinin 1 saylı Xəzinədarlıq idarəsinin rəisi Nadir Qarayev tikinti biznesinə girişib

Adı bir müddətdir ölkə mediasının gündəmindən düşməyən Maliyyə Nazirliyinin 1 saylı xəzinadarlıq idarəsinin rəisi Nadir Qarayevlə bağlı ilginc məlumat daxil olub.
Verilən məlumata görə Nadir Qarayev xeyli müddətdir ki, yaxın bir dostu, ölkə medisasına heç də yad isim olmayan iş adamı ilə şərikli hündür mərtəbəli yaşayış binası inşa etdirirlər. Hazırda Bakı şəhərinin Xətai rayonu ərazisində Nadir Qarayevlə şərikinin tikdirdiyi hündür mərtəbəli binanın bir hissəsinin öncədən satıldığı deyilir.
Məlumatlı mənbənin iddiasına görə 1 saylı Xəzinadarlıq idarəsi rəisinin müştərilərinin əksəriyyəti Maliyyə nazirliyində vəzifə tutan məmurlardı.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

İsmaric.az

Şərhlər

XƏBƏR LENTİ