XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » "Azəriqaz" yetkilisinə ağır ittihamlar - Çovdarovun adamı imiş...

"Azəriqaz" yetkilisinə ağır ittihamlar - Çovdarovun adamı imiş...

"Azəriqaz" yetkilisinə ağır ittihamlar - Çovdarovun adamı imiş...
20-04-2018, 09:31

«Təzadlar»a «Azəriqaz»da çalışan, lakin adının çəkilməsini istəməyən (özünün yazdığı və söylədiyi kimi, iş yerini itirə bilər) şəxs tərəfindən məktub göndərilib. Məktubda rəhbərliyə ciddi ittihamlar yer alıb, onları dərc etməmişdən əvvəl araşdırılmasına zərurət bilirik. Əməkdaşlarımız həmin faktları araşdırır, qarşı tərəfin mövqeyi öyrənilir.
Aşağıda həmin məktubdan kiçik sitatları təqdim edirik. Ona görə ki, şikayətçi də bilsin ki, biz hər bir vətəndaşın haqlı şikayətinin tribunasıyıq və onun problemini diqqətdə saxlayırıq:
Hörmətli «Təzadlar»!
Yəqin məni düzgün başa düşərsiz, adımı gizli saxlamağa məcburam. Sadəcə olaraq işimi itirmək istəmirəm. Xahiş edirəm yazdıqlarımı araşdırıb işıqlandırn, qoy görsünlər ki, “Azəriqaz”da nələr baş verir.
Burada bir idarə var idi: adı da “Azəriqaznəql”. Baş direktoru millət vəkili, MM-in komitə sədri Ziyad Səmədzadənin əmisi oğlu Nazim Səmədzadə idi (İndi o “Qazixrac” idarəsində baş direktorun 1-ci müavinidir). N.Səmədzadənin baş mühasibi isə o vaxt Bəhram Hacıyev idi. Onlar Nazim Səmədzadənin yeznəsi, iş adamı, Sabirabadlı Rəzzaq adlı şəxslə əlbir olaraq “Aziriqaz”a lazım olan mal-materialların maya dəyərindən qat-qat artıq hesablamaqla (əksər hallarda elə Nazim Səmədzadənin yaratdığı MMC-nin xətti ilə) alqı-satqısını həyata keçirmiş, o vaxtın pulu ilə dövlətə milyonlarla ziyan vurmuşlar. O vaxtlar “Azəriqaz”a lazım olanlarla, ancaq bu üç nəfər məşğul idi. Səbəbi də çox sadədir: Nazim Səmədzadənin arxası Ziyad Səmədzadəyə, Bəhram Hacıyevin arxası yerlisi və yaxın qohumu, keçmiş MTN generalı Akif Çovdarova bağlı idi. Rəzzaq isə baş direktor N. Səmədzadənin yeznəsi idi. Beləliklə, bu üç nəfər ortada yeyib qıraqda gəzir, mətbuat səhifələrində mütgmadi olaraq sədr Əlixan Məlikovun adı hallandırırdı. Amma deyə bilmərəm ki, onun bu işdən nə dərəcədə xəbəri var idi. İndi işə baxın ki,”Azəriqaz”ı yeyib talayan bu insanlar bu gün yenə iş başındadır, öz keflərindədir. Nazim Səmədzadə SOCAR-ın “Qazixrac”da 1-ci müavin, Bəhram Hacıyev “Azəriqaz”da idarə rəisi... Hətta Bəhram Hacıyev qudasını, oğlunu, qızını da “Azəriqaz”da mühüm postlara təyin etdirə bilibdir. Bu yerdə deyiblər: “Bərəkallah sənə”.
Onu da deyim ki, ”Azəriqaz”da gəzən söz-söhbətlərə görə, N.Səmədzadəni bildik, arxası bərkdi. Axı B.Hacıyevin arxası, yəni A.Çovdarov yoxdur… İndi o necə at oynadır, yəqin “Azəriqaz”ın indiki direktoru Əkbər Hacıyev də ona boğazortağıdır??? Sizə göndərdiyim sənədlərdə mal-materialların bazar və sənəd qiyməti fərqini özünüz görəcəksiniz…
Redaksiya adı çəkilənlərin hər birini dinləməyə hazırdır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.