SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İsmət Abbasovun başı oğluna görə dərddə: sensasion proseslər... - Söyüş cəzası

İsmət Abbasovun başı oğluna görə dərddə: sensasion proseslər... - Söyüş cəzası

Tarix:

15-04-2018, 23:04

/ 1 555 dəfə oxundu.
İsmət Abbasovun başı oğluna görə dərddə: sensasion proseslər... - Söyüş cəzası

Baş nazirin müavini İsmət Abbasovun başı oğluna görə dərddədir; Yunis Abbasovun adının “söyüş projesi”ndə keçməsi atasına ciddi şəkildə cəncələ salıb...

Seçkilərlə bağlı müzakirələr səngiyəndən sonra İ.Abbasovun Azərbaycanın siyasi rəhbərliyi tərəfindən cəzalandırılacağı gözlənilir.

Çünki xain layihədə oğlunun yer aldığı iddia edilib və bunu prezidentliyə keçmiş namizəd Hafiz Hacıyev bildirib. Sonra mətbuat məsələni geniş şəkildə yazıb.

Musavat.com-da getmiş materiallarda Y.Abbasovun anti-Azərbaycan şəbəkə ilə əlaqələrindən bəhs olunub.

Seçki ərəfəsində Avropadan mühacir şəbəkənin virtual “terroru”na dəstək verdiyi iddia olunan məmur oğlunun “vurulmuş” sabiq nazirlərlə bir qruplaşmada iştirak etdiyi yazılıb.

Böyük Britaniyada yaşayan iş adamı Yunis Abbasovun antiiqtidar kampaniyasında maliyyəçi qismində rol aldığı iddia edilir.

İsmət Abbasovun övladları diasporumuzun Londonda təşkil etdiyi Azərbaycanın xeyrinə olacaq heç bir tədbirdə iştirak etməyiblər.

Yunis Abbasov əvvəllər Azərbaycanda iş sektorunda çalışmağa cəhd edib. Lakin ona maneçiliklər törədilib. Odur ki, ölkəni tərk edərək Böyük Britaniyada məskunlaşıb, orada öz biznesini qurub.

Onun Böyük Britaniyada iş qurması üçün gərəkən ilkin kapitalı haradan əldə etməsi haqda məlumatlar olmasa da, böyük ehtimalla Yunis Abbasov işə başlamaq üçün banklara baş vurmayıb. İllərdir nazir olan atasının sərvətindən bir ovuc götürüb və işə başlayıb.

O, ilk dəfə Azərbaycan mətbuatının gündəminə illər öncə Londondakı mülkləri ilə gəlmişdi. O dövrdə atası İsmət Abbasov hələ kənd təsərrüfatı naziri idi.

Yayılan məlumatda deyilirdi ki, Yunis Abbasov hələ 2006-cı il, sentyabrın 1-də Londonun dəbdəbəli Doklands məhəlləsində çoxmənzilli 2 mərtəbədən ibarət böyük və lüks bir penthaus malikanə alıb.

Nazir oğlu bu mülk üçün hələ o zaman 1,4 milyon funt-sterlinq ödəyib. Yunis Abbasov da həmin məlumatı təkzib etməmişdi. Demişdi ki, mülkü 2006-cı ildə alıb.

Seçkidən sonra Baş nazir və müavinlərinin istefaya göndəriləcəyi anons edilir. Mehman Əliyev də müsahibəsində belə söyləmişdi.

Belə bir islahatın gözlənildiyi vaxtda İ.Abbasovun oğluna görə ikiqat təhlükə ilə üzləşməsi onun gedişini zəruri edib.

KTN şefi postundan getdikdən sonra onu vəzifəsiz qoymasalar da, ciddi şəkildə “vuruldu” və komandadakı rütbəsi endirildi. Baş nazir müavini kimi isə portfelsiz məmura çevrildi.

İqtidar daxilində Abbasovla yola getməyən nazirlər var idi. Onların gücü ilə zəiflədilən sabiq nazirin və ailəsinin hakimiyyətdən narazılığı da buradan qaynaqlana bilər.

Odur ki, heyfini çıxmaq üçün oğlunun Avropadakı söyüş makinasına dəsətk verdiyi haqda iddialar meydana çıxıb. Ancaq bu, İ.Abbasova baha başa gələ bilər.

Əgər Azərbaycan rəhbərliyinin qarşısına tutarlı, faktlara və sənədlərə söykənən dosye qoyularsa, Yunus Abbasovun gerçəkdən də həmin kampaniyaya dəstək verdiyi sübuta yetirilərsə, atası üçün yaxşı olmayacaq.

Ümumiyyətlə, seçki dövründə başlanmış həmin iyrənc kampaniyaya qarşı Avropadakı məmur övladları diaspor fəaliyyəti ilə heç bir əks-təbliğat qura bilmədilər.

Azərbaycan dövləti xaricdəki diaspor təşkilatlarına, lobbilərə böyük pullar xərcləyir. Bu vəsait onların Avropada restoranlar, kafelər açmasına deyil, Azərbaycanın maraqlarını müdafiə etməyə sərf olunmalıdır.

Lakin əfsuslar olsun ki, əksər diaspor təşkilatları, lobbiçilərimiz olduqca bərbad fəaliyyət göstərirlər.

Onlar son zamanlar ölkəmizə qarşı başladılmış söyüş kampaniyası ilə bağlı “tükünü də tərpətmədilər”.

Hazırda Tale Heydərov Londonda, Anar Məmmədov Nyu-Yorkda, Yunis Abbasov guya Azərbaycanın maraqlarını təbliğ edirlər. Buna görə ayrılan pullar isə faktiki havaya sovrulmaqdadır.

Çünki seçkiqabağı ölkə söyülürdü, onlar isə tüklərini də tərpətmirdilər. Bəs onların fəaliyyəti kimə xidmətdir? Yalnız öz imiclərinə işləyirlər? Bəs prezidentə nə vaxt kömək edəcəklər?

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ