Lənkəranda qətlə yetirilən jurnalistin anım günüdür
Bu gün 1991-ci il aprel ayının 10-da namərd gülləsindən vəzifə başında qətlə yetirilən Rəşid Rüstəmovun anım günüdür.
Məlumata görə, Rüstəmov Rəşid Köçəri oğlu 1954-cü il iyulun 16-da Bərdə rayonunda anadan olub.
Rəşid Rüstəmov "Kommunist"qəzetinin Lənkaranda zona müxbiri işlədiyi dövdə qətlə yetirilib. Deyirlər, torpağın üzü soyuqdur, qoynuna aldığını insanlara tez unutdurur. Lakin qələm dostları, iş yoldaşları, onu az-çox tanıyan yaxın- uzaq adamlar, oxucular Rəşid müəllimi heç vaxt unutmayacaqlar. Əgər haqqı nahaqqa satanlara, vicdan tərəzisini əyri tutanlara güzəştə getsəydi, el-oba,
Vətən qeyrəti çəkməsəydi və nahəyət həqiqət axtarmasaydı yüz il də yaşayardı. Amma narahat jurnalist ömrü yaşadı Rəşid Rüstəmov. Heç nəyə, heç kimə biganə olmadı. O, yaddaşlarda beləcə də qaldı...
Jurnalistin ailə üzvləri, dostları, ictimai xadimlər, ictimaiyyət nümayəndələri bu gün Rəşid Rüstəmovun qəbrini ziyarət ediblər. Allah rəhmət etsin!!!

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...