Fərhad Əliyev zavod açdı - SABİQ NAZİRƏ GƏLİRLİ SAHƏ HƏVALƏ EDİLDİ
- 7-04-2018, 11:56
- 2 631
Zavodun qurulmasına böyük məbləğdə vəsait xərcləyən sabiq nazir Alman texnologiyasını müəssisəsində qurdurub.
İllik istehsal gücü 30 min ton, investisiya həcmi isə 10 milyon ABŞ Dolları olan zavod öz məhsullarını “AMINOL” ticarət markalı sürtkü yağları adı ilə bazara çıxarır.
Qeyd edək ki, Fərhad Əliyev 2005-ci il parlament seçkiləri ərəfəsində Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs olunmuşdu. Uzun illər həbs həyatı yaşayan sabiq nazir prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb.
Gununsesi.info