SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Supernazir Ziya Məmmədovun kartlarını “koda salıb”

Supernazir Ziya Məmmədovun kartlarını “koda salıb”

Tarix:

6-04-2018, 12:52

/ 1 861 dəfə oxundu.
Supernazir Ziya Məmmədovun kartlarını “koda salıb”

Bakı marşrutlarında kart sisteminin tətbiqinə hələ keçmiş nəqliyyat naziri Ziya Məmmədovun guruldayan vaxtlarında başlanacağı deyilirdi.
Ay ötdü, il keçdi, Məmmədovların erası bitdi, ancaq şəhərin ictimai nəqliyyatının kartlaşdırılması prosesi bitmədi ki, bitmədi…
İndi yalnız “Baku bus” avtobuslarında kart sistemi işləkdir, digər marşrut xətləri isə hələ də nağd gediş haqqı ödəməklə fəaliyyət göstərirlər.
Tək-tük marşrut xətləri var ki – 288, 65 və s. onlarda kartdan istifadə olunur. Amma Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildikdən sonra bu istiqamətdə heç bir addım atılmayıb.
Nazir Ramin Quluzadə nəqliyyat sektorunun yenilənməsi, marşrut xətlərinin tamamilə kart sisteminə keçidi ilə bağlı hər hansı tapşırıqlar verməyib.
Odur ki, Bakıda hələ də “20 qəpiyini ver, düş” prinsipi işləyir. Sürücülər isə deyirlər ki, kart sisteminə keçid yaxın vaxtlarda baş tutmayacaq. Səbəb vahid proqramın olmamasıdır.
Nazirlik ilk növbədə sürücülərin əmək haqları məsələsini hökumət səviyyəsində həll etməlidir, sonra avtobuslara quraşdırılan cihazlar işə düşməlidir.
Hazırda avtobuslarda kartlar üçün cihazlar var, amma heç biri işləmir. Belə desək, supernazir R.Quluzadə Z.Məmədovun kartlarını “koda salıb”.

***

49 nömrəli marşrutun şoferi deyir ki, kart sisteminin tətbiqinə bir şərtlə razıdır: “Mənə yaxşı maaş versinlər, onda işləyərəm. Heç olmasa günə 40-45 manat qazancım olmalıdır.
Gecə-gündüz bilmədən işləyirik. İndiki vəziyyətdə kart söhbəti real deyil. Bizim maaşlarımızı vermək üçün vahid məblıəğ müəyyənləşməlidir”.
18 nömrəli marşrut şoferi bildirir ki, hazırda gündəlik plan verilməsində dərəbəylikdir: “Marşrut xəttinin sahibi istədiyi məbləği qoyur.
Ona görə də yeyinti, əlavə qazanc imkanları burda çoxdur. Kart sisteminə keçid olsa, xətt sahibi vergi ödənişi, gündəlik planda dəqiq olmalıdır. Yəni, bu dəqiqə heç kəsə belə işləmək sərf eləmir”.
Sərnişinlər isə kart sisteminin birmənalı olaraq tərəfdarıdırlar. Onların sözlərinə görə, dayanacaqlar ödəmə aparatlarının sayı artırılmalıdır.
Sərnişinlər əlavə edirlər ki, intervalı göstərən monitorlar düzgün işləməlidir, avtobuslar təzələnməlidir, basabasa son qoyulmalıdır, səliqə-sahman yaradılmalıdır, kart sisteminə başlanmalıdır.
Bundan əlavə, avtobuslar üçün şəhərdə ayrıca zolaqlar olmalıdır, paytaxt sakinlərinin gündəlik işə gedib-gəlməsi nəzərə alınaraq elektron mərkəzdən tıxaclar olan ərazilər haqda sürücülərə tez-tez məlumat verilməli, alternativ yollar göstərilməlidir.
Ümumilikdə Bakı Nəqliyyat Agentliyi və Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin işi genişləndirilməlidir. Lakin sonuncusu elə Z.Məmmədovun dövründə intellektuallığını itirib, yeni nazir isə…

AzEuroNews.com

Şərhlər

XƏBƏR LENTİ