SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » 275 NÖMRƏLİ MƏKTƏBİN DIREKTORU FƏRİDƏ ŞƏRİFOVA SƏLƏFİNİN ATASINA RƏHMƏT OXUTDURUR

275 NÖMRƏLİ MƏKTƏBİN DIREKTORU FƏRİDƏ ŞƏRİFOVA SƏLƏFİNİN ATASINA RƏHMƏT OXUTDURUR

Tarix:

4-04-2018, 11:24

/ 10 826 dəfə oxundu.
275 NÖMRƏLİ MƏKTƏBİN DIREKTORU FƏRİDƏ ŞƏRİFOVA SƏLƏFİNİN ATASINA RƏHMƏT OXUTDURUR

Fəridə Şərifova: Əgər vəzifəndə qalmaq istəyirsənsə, 5000 manat ver öz vəzifəndə saxlayım!

Mən bu vəzifəyə elə-belə gəlməmişəm, mənim arxamda da,»MTN» adamları var!

Bu sözləri 275 saylı məktəbə yeni direktor təyin olunan Fəridə Şərifova, Təsərrüfat İşləri üzrə direktor müavini Şölə Qasımovaya deyib.

Nəzərinizə çatdırıram ki, 275 saylı məktəbin keçmiş direktor müavini Qasımova Şölə Qasım qızı, «Dəryaz» qəzetinin redaksiyasına müraciət edərək bildirmişdir ki, 275 saylı məktəbin direktoru Fəridə Şərifova 27 sentyabr 2017 — ci il tarxindən etibarən həmin məktəbə direktor vəzifəsində təyin ounduqdan bu yana rüşvətxorluq baş alıb gedir.
Bildirək ki, 275 saylı məktəbdən şikayətçi olan tək Qasımova Şölə Qasım qızı deyil, bir çox valideyinlər də yeni təyin olunmuş direktordan şikayətçidirlər. Fəridə xanım bəzi vəzifəli şəxslərə güvənib arxalanır. Məhz elə buna görə də Fəridə xanım 275 saylı məktəbdən pul yığmağa davam edir və heç kimdən belə çəkinmir. Deryaz.az saytının redaksiyasına təqdim edilən ərizə və foto şəkillərin arasında müəllimlərlə valideynlərin məktəbin künc- bucağında pul alveri etdikləri açıq — aydın görsənir.
Ərizədə qeyd olunur ki,Fəridə Şərifovanın gəlişindən sonra təhsil müəsisəsi bərbad vəziyyətə düşdü. Çünki, məktəb rəhbərini ancaq qazanc maraqlandırır. Deyilənlərə görə Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları və Təhsil Nazirliyi 275 saylı tam orta məktəbi və direktor Fəridə Şərifovanı araşdırsalar o zaman bir sıra neqativ halların üstü açıla bilər. Çünki hazırda adı çəkilən təhsil ocağında vəziyyət ürək açan deyil. Bildirirəm ki, Fəridə Şərifova 275 saylı orta məktəbi təhsil qanunları ilə yox, məhz öz «qayda» — ları ilə idarə edir. Ona bu işlərdə köməklik edən isə müavini Ayişə Məmmədova və məktəbin həmkarlar ittifaqının sədri Şahab İsayevdir. Qeyd edək ki, Ayişə Məmmədovanın həyat yoldaşı BTİ-də məsul vəzifədə çalışır.
Müraciətdə o da qeyd olunur ki, F. Şərifovanın qanunsuzluqlarının həddi — hüdudu yoxdur. Bunlardan biri isə kimya mülliməsi Aziyeva Qaliyanın 9c sinifinə sinif rəhbərliyi etdiyi halda ölkəni tərk etmiş 26 fevral 2018 -ci il tarixindən xarici ölkədədir. Həmin gündən etibarən Q. Aziyevanın dərs dediyi heç bir sinifdə kimya dərsləri keçirilmir, jurnallar yazılmır. Sinif rəhbərliyi etdiyi 9c sinifinin jurnalının kimya səhifəsinin 2 vərəqi yarıyacan cırılib. Digər məsələlər kimi bununla bağlıda Təhsil idarəsinə məlumat verilsə də yene F. Şərifovaya gözün üstə qaşın var deyən olmadı. Belə qərara gəlmək olar ki, Təhsil idarəsi Q. Aziyevanın xarici səfərdən qayıdıb jurnalları işləməsini gözləyir ki, gəlib hər şeyin qayda qanunda olduğunu bildirsinlər. Çünki aldığımız məlumata görə idarədən dəfələrlə gəlmiş 9 — 10 -11 sinifləri yoxlasalarda, siniflərdə şagirdlərin çoxusunun olmadığını Fəridə xanımım onları rüşvət müqabilində aylığa buraxdığını, şagirdlərin adlarını belə qeyd etsələr də bununla bağlı heç bir ölçü götürülməmişdir. Vəziyyət olduğu kimi davam etməkdədir. Bunlardan əlavə araşdırmalar nəticəsində məlum olmuşdur ki, bir neçə sinifin bağlanmaq qorxusu olduğu üçün adları saxta gedib özləri olmayan ölü canlar da az deyil. F. Şərifovanın qanunsuzluqları bunlarla kifayətlənmir. Maraqlı gələn isə odur ki, sözü gedən məktəbin kiçik xidmətçisi işləyən ancaq heç bir işə yaramayan Xanməmmədov Şamxal Ədliyyə Nazirliyinin uşaq müəsisəsində tərbiyəçi vəzifəsində işlədiyi halda necə olur ki, Fəridə xanım ona təsərrüfat işləri üzrə direkktor müavini vəzifəsini vermişdir? Qanuni olaraq araşdırılsa məlum olar ki, qanun bir şəxsin 2 işdə işləməsinə yol vermir. Araşdırılsa bu cür qeyri qanuni nöqsanlar çoxdur. Bunlara əlavə edə bilərəm ki, TİMS proqramı bağlanir adı ilə 9-cu siniflərdən 5 azn, 11-ci siniflərdən 10 azn pul yığılır, səbəbini soruşan şagird və valideyinlərə idarənin tələb etdiyini bildirirlər. 9 — 11- ci siniflərdən imtahana buraxılış arayışları üçün 9-cu siniflərdən 1, 11-ci siniflərdən 2 manatdan pul tələb edilir. Sözü gedən məktəbdə əlaçı olan hər bir şagirddən şərəf lövhəsi adı ilə məcburi 3 azn pul yığılır. Buna nazrazılığını bildirən şagirdlər » şərəf lövhəsi görəsən qizildanmı hazirlanacaq? » deyə soruşanda bu sualı verən şagirdlərin cavabı isə bu olur: » ay uşaq kəs səsini qoyunun başını kəsəndə dilini çölə çıxarırlar, onu istəyirsiz sizində dilinizi çölə çıxarsınlar?» Bir sözlə F. Şərifovanın rəhbərlik etdiyi ilk gündən şagirdlərin təhsil hüquqları pozulduğu kimi söz azadlıqı hüquqları da pozulur. Məktəbdə 8 marta görə bütün lobarantlar 15 — 20 azn, müəllimlər isə 50 — 100 azndan pul yığıb məktəbin rəhbəri F.Şərifovaya vermişdilər. Bu məsələdə müavinlərdə kənarda qalmır. Hətda 2 müəllim təlim — tərbiyyə işləri üzrə direktor müvini Ayişə Məmmədovaya pul vermədiyinə görə bayramdan sonra onları məktəbin foyesində müəllimlərin onu 50 manatdan təbrik etdiyini bildirmiş və » ay qız siz niyə məni təbrik etmədiniz» deyə müəllimələri pərt etmişdir. Ayişə Məmmədovadan söz düşmüşkən onu da bildirim ki, 4 töhməti olduğu halda nəyinki işdən, hətda vəzifəsindən belə azad olunmur. Araşdırma əsasında məlum olmuşdr ki, Fəridə Şərifovanın ilk iş fəaliyyəti təşkilatcılıq olmuşdur və buna 275 sayli məktəbdədə davam etməkdədir. Belə ki, o, təhsil ocağında zəfər kurslarının biletlərini 5 azndan, məktəbə gəlib keçirilən kukla teatrlarının biletlərini 3 azndan, sirk biletlərini müxtəlif qiymətlərə və meqafon biletlərini şagirdlərə mahir şəkildə paylayır və burdanda öz qazanc payını götürür.
Bir sözlə F.Şərifova daşdan da pulunu çixarır. Araşdırmalarda məlum olmuşdur ki, biletlərlə bağlı bir çox imkansız valideyinlər tərəfindən Təhsil İdarəsinə və Təhsil Nazirliyinə şikayətlər bildirilmişdir. Təhsil Nazirliyi tərəfindən F.Şərifova, A.Məmmədova, UBR Xədicə İsayevaya şikayətlərə əsasən və dərslərin boş keçməsi, jurnalların yazılmaması və Ayişə Məmmədovanın verdiyi saxta atestatlarla bağlı şiddətli töhmət verilmişdir. F.Şərifova gəldiyi gündən mühafizəçini işdən azad edəcəyini öz adamını gətirəcəyini elan etmiş və çox keçməmiş öz bacısı oğlunu qapıya mühafizəçi götürmüşdür.
Öz xalasına güvənən mühafizəçi yuxarı sinif şagirdlərindən 10 azn alaraq dərs zamanı məktəbdən kənara çıxmalarına şərait yaradır və bəzi qızlara qarşı təhsil ocağına yaraşmayan hərəkətlər edir.
F.Şərifova hər yerdə adamları olduğunu onu heç kəsin işdən çıxara bilməyəcəyi ilə bir çox işçini hədələyir. Buna görə də direktorun yeni dərs ilinin başlanğıcı yəni sentiyabr ayı üçün indidən dərs bölgüsü və sinif rəhbərliyi üçün rüşvət aldığı müəllimlər var. 275 saylı məktəbdə qanunsuzluqların sayı hesabı olmasa da F. Şərifova haqqında ölçü götürən yoxdur. Ümumiyyətcə Fəridə xanım təyin olunduğu vəzifələrə iş yeri kimi deyil, qazanc mənbəyi kimi baxır. F.Şərifova haqqında araşdırmalarımda məlum omuşdur ki, rəhbərlik etdiyi 327 nömrəli məktəbdə də qanunsuzluqlara yol vermışdir. Saytlardan məlum olmuşdur ki, Fəridə xanım özünü yaxşı göstərmək üçün təşkil etiyi tədbirlər gözdən pərdə asmaq üçün imiş. Əsas məqsədi yenədə öz mənafeyini güdməkdir.
P.S. Qeyd edək ki, yuxarıda göstərilən faktlara aydınlıq gətirmək üçün 275 saylı məktəbin direktoru Fəridə xanıma telefon açıb onun da mövqeyini öyrənmək istədik.Xanım direktor bildirdi ki,BŞTİ —nin rəhbərliyi bizə qəti şəkildə tapşırıb ki, heç bir jurnalistə müsahibə verməyin.Ona görə də mən sizin heç bir suallarınıza cavab verməyəcəyəm,gedin nə istəyirsiniz yazın.

Lakin bunlara baxmayaraq məqalədə adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

«Dəryaz» qəzeti
275 NÖMRƏLİ MƏKTƏBİN DIREKTORU FƏRİDƏ ŞƏRİFOVA SƏLƏFİNİN ATASINA RƏHMƏT OXUTDURUR
275 NÖMRƏLİ MƏKTƏBİN DIREKTORU FƏRİDƏ ŞƏRİFOVA SƏLƏFİNİN ATASINA RƏHMƏT OXUTDURUR
275 NÖMRƏLİ MƏKTƏBİN DIREKTORU FƏRİDƏ ŞƏRİFOVA SƏLƏFİNİN ATASINA RƏHMƏT OXUTDURUR
275 NÖMRƏLİ MƏKTƏBİN DIREKTORU FƏRİDƏ ŞƏRİFOVA SƏLƏFİNİN ATASINA RƏHMƏT OXUTDURUR

Şərhlər

XƏBƏR LENTİ