XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » “Istanbul”dakı həngamələrin həddi-hüdudu yoxdur

“Istanbul”dakı həngamələrin həddi-hüdudu yoxdur

“Istanbul”dakı həngamələrin həddi-hüdudu yoxdur
2-04-2018, 15:50

Bakı şəhəri Binəqədi rayonu ərazisində, daha dəqiq desək Rəsulzadə qəsəbəsindəki yolun kənarındakı “İstanbul” istirahət mərkəzinin hansı yöndə fəaliyyət göstərməsi haqda, yəqin ki, hər kəs məlumatlıdır. Əslində belə bir ünvanın varlığı, ümumilikdə şəhər sakinlərinin adına xələl gətirən səbəblərdən biri olsa da, həmin ünvanda minbir hoqqalara qol qoyulması, iyrənc addımların atılması, həddi-hüdudu bilinməyən hoqqaların baş verməsi və.s, yerli hüquq-mühafizə orqanı əməkdaşlarının gözü qarşısında baş verən olaylardır. Baxmayaraq ki, “İstanbul” şəhərimizin mərkəzi ərazisindən bir qədər kənar ünvanda fəaliyyət göstərir. Amma, öz-özlüyündə belə bir ünvanın varlıgı, hər kəs üçün olduqca usandırıcı haldır. Faciəli hal odur ki, istirahət mərkəzi adı altında fəaliyyət göstərən həmin ünvanda, gündəlik minbir hoqqalara qol qoyulur. Həmin ünvanın belə bir yöndə fəaliyyət göstərməsi isə, əraziyə cavabdehlik daşıyan polis əməkdaşlarının gözü qarşısında baş verir. Polis əməkdaşları baş verənlərə münasibətdə sanki müşahidəçi rolunu oynayır və olub-keçənləri kənardan seyr etməklə, vəzifə borclarını bu qayda yerinə yetirmiş olurlar. Təəccüb doğuran hal odur ki, “İstanbul”da baş verən olayları ictimailəşdirən, əmələ gələn fəsadların mahiyyətini aidiyyəti qurumların diqqətinə çatdıran KİV nümayəndələri, bəzən qınaq obyektinə də çevrilirlər. Məsələn, problemlərin varlığı ilk əvvəl mətbu orqanlarda dərc olunur və tədbir görülməsi üçün cavabdehlik daşıyan qurumların ünvanına sorğu məktubu da göndərilir. Çox keçmir ki, həmin qurumların səlahiyyətliləri tərəfindən də, redaksiya rəhbərliyinin ünvanına şanlı məktub göndərilərək belə bir cavab verilir ki, “sadaladığınız problemlərin araşdırılması əraziyə cavabdehlik daşıyan rayonun polis idarəsinə göndərilib”. Hörmətli oxucular! “İstanbul”da baş verənlərə ona görə toxunuruq ki, həmin ünvan çoxsaylı sadə sakinlərin yaşadıqları ərazidə fəaliyyət göstərir. Belə bir halın varlığı da, heç cür yolverilməzdir. Çünki, gündəlik neçə-neçə insanların gəlib-keçdikləri ərazidə fəaliyyət göstərir. Amma, “İstanbul”u işlədib pul qazananlar isə, minbir cildə girməklə adət-ənənələrimizi tapdaqlar altına atmaqda davam edirlər. Hələ bu azmış kimi, həmin ünvanda vergidən yayınma hallarının baş verməsi, işçilərlə rəhbərlik arasında əmək müqaviləsinin imzalanmaması, antisanitariyanın baş alıb getməsi və s. kimi neqativ hallar da baş verməkdədir.
İnanırıq ki, bizim yazdığımız bu cür açıqlamadan sonra, “İstanbul”a qarşı əməli addımlar atılacaq və baş verən iyrənc addımların qarşısı da alınacaq.
“İstanbul”un fəaliyyəti ilə bağlı yeni açıqlamalarımızı, yaxın günlərdə diqqətinizə çatdıracağıq. Bizi izləyin.
Hörmətli oxucular! “İstanbul”da baş verənlərə ona görə toxunuruq ki, həmin ünvan çoxsaylı sadə sakinlərin yaşadıqları ərazidə fəaliyyət göstərir. Belə bir halın varlığı da, heç cür yolverilməzdir. Çünki, gündəlik neçə-neçə insanların gəlib-keçdikləri ərazidə fəaliyyət göstərir. Amma, “İstanbul”u işlədib pul qazananlar isə, minbir cildə girməklə adət-ənənələrimizi tapdaqlar altına atmaqda davam edirlər. Hələ bu azmış kimi, həmin ünvanda vergidən yayınma hallarının baş verməsi, işçilərlə rəhbərlik arasında əmək müqaviləsinin imzalanmaması, antisanitariyanın baş alıb getməsi və s. kimi neqativ hallar da baş verməkdədir.

Azerinfo.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.