Ramil Usubov 5 rəis təyin etdi (SİYAHI)
Bakıda yeni yaradılan polis şöbələrinin bəzilərinə rəis təyinatları olub.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsinə (PŞ) polis polkovnik-leytenantı Elşən Tağıyev, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə polis polkovnik-leytenantı Samir Həsənov, Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə polis polkovnik-leytenantı Zaur Əliyev, Nizami Rayon RPİ-nin 25-ci Polis Şöbəsinə polis polkovnik-leytenantı Elmir Hüseynov və Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə polis mayoru Elnur Əliyev rəis təyin edilib.
Qeyd edək ki, Bakının yeddi polis bölməsinə şöbə statusu verilib. Polis şöbələrində şəxsi heyətin sayı polis bölmələrindəki şəxsi heyətdən daha çox olacaq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...