Abutalıbov köhnə planı işə saldı: Nəqliyyat Nazirliyi və “Karvan” restoranı sökülür
Yaxın aylarda ləğv edilmiş Nəqliyyat Nazirliyinin Tbilisi prospektində yerləşən hazırkı binası söküləcək
Bu barədə verilən məlumata görə, ləğv olunan nazirliyin binası çoxdan planda idi.
Nəqliyyat Nazirliyi üçün yeni tikilən inzibati bina Heydər Əliyev prospektində yerləşir. Burada eyni zamanda Dövlət Neft Şirkəti (SOCAR Tower), Dövlət Neft Fondu, Azərbaycan Hava Yolları QSC (AZAL) üçün yeni inzibati binaları var.
Amma nazirliyin ləğvi Ziya Məmmədovun və kollektivin H.Əliyev prospektinə köçməsini də qüvvədən saldı. Tbilisi prospektində yerləşən "Karvan” şadlıq sarayının isə qeyri-rəsmi şəkildə sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu deyilir.
O da maraqlıdır ki, Nəqliyyat Nazirliyi və "Karvan” şadlıq sarayı bir-birinə yaxın yerləşir. Hər ikisinin binasının təxminən eyni vaxtda inşa olunması da "Karvan”ın Z. Məmmədova məxsusluğu ehtimalını qüvvətləndirir.
Verilən məlumata görə, ərazidə həyata keçiriləcək söküntü planına Tbilisi prospektində yerləşən “Karvan” şadlıq sarayı da daxildir. Restoranın söküntüsü hazırda Alatavada davam edən kütləvi söküntünün bir hissəsidir.
Nəqliyyat Nazirliyi və “Karvan” şadlıq sarayı bir-birinə yaxın yerləşir. Hər iki bina söküldükdən sonra ərazi boş qalmayacaq. Həmin yeri tikinti şirkətlərindən biri alıb.
Bakı Şəhər İcra Hakimiyyəti sözügedən ərazidə yaşayış kompleksinin tikintisinə icazə verib. Amma uzun müddət plan təxirə salındı və reallaşmadı. Nazirliyin ləğvindən sonra məsələ gündəmə gəlib.
Onu da deyək ki, 2010-cu ildə bu restorandan 500 min manat oğurlanmış və "Karvan”ın nəqliyyat nazirinə aid olduğu mətbuatda ilk dəfə həmin vaxt yazılmışdı.
Hökumət çoxdan plana saldığı qəsəbələrdə evlərin kütləvi şəkildə söküntüsünü həyata keçirir. Artıq Alatava, Xutor qəsəbəsi və Cəlil Məmmədquluzadə (keçmiş Papanin) prospektində tikililərin çoxu yerlə-yeksan olunub.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...