FETO Azərbaycanda Elnur Abdullayevlə DİRİLİR?
Azərbaycanda Fətullah Gülən və onun yaratmış olduğu təriqətə sitayiş edənlər bir il əvvəl dövlətin müxtəlif orqanlarından sökülüb atılsalar da, bu şəbəkənin imamları, təriqətin biznes qolunda yer alan biznesmenlər FETO-ya olan bağlılıqlarından MASKALANARAQ Pensilvaniyadan gələn əmr üzrə yeraltı hücrələrə çəkildilər
Deyəsən çaylar-sellər axdı və FETO Azərbaycanda yenidən XORTLAMAĞA çalışır. Son günlər bu şəbəkənin nəzarətində olan media orqanlarının sayı da artmaqdadır. İddalara görə, FETO-nun DEŞİFRƏ olunan imamı Elnur Aslanov Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri vəzifəsindən də uzaqlaşdırıldıqdan sonra, şəbəkə Azərbaycandakı qüvvələri içərisindən yeni İMAMI seçməli oldu.
Bu imam isə Elnur Abdullayevdir. Bu iddalara görə, Elnur Abdullayev bu gün onlarla internet media orqanına nəzarət edir və onlara qeyri-rəsmi maliyyə dəstəyi verməkdədir. Bundan başqa bu şəxsin FETO-ya bağlılığı birmənalıdır. Elnur Abdullayev bu gün hansısa vəzifə tutmasa belə, əvvəllər də bu şəxs nəzarətindəki media ilə Ziya Məmmədovun xidmətində idi və FETO mənsubu olduğunu bu yolla pərdələmişdi. Ortaya çıxan mənzərə ondan ibarətdir ki, Ziya Məmmədovun “vurulması”ndan sonra tutduğu vəzifədən uzaqlaşdırılan Elnur Abdullayev sabiq İMAM Elnur Aslanov kimi qınına çəkilib təyziqləri özündən uzaqlaşdırmır, əksinə, dirəniş göstərməkdə, bunu virtual mediada yeni saytlar və internet Tv-lər yaradaraq nümayiş etdirməkdədir.
Bundan başqa FETO İMAMI-nın təkcə Azərbaycanda deyil, ölkəndən kənarda da media ilə bağlı planlar qurduğu qeyd edilməkdədir. Hələlik Elnur Abdullayevin media projeləri çox gözəl kanfulə olunaraq çalışmaqdadır. Deməli, FETO Azərbaycanda təkcə XORTLAMAQLA kifayətlənməyib, həm də onlar dirənişə belə, start veriblər.
vətəninfo.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...