SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Kiçik sahibkarlarımızı Qoşqar Təhməzlinin “oblava”larından kim qoruyacaq? - İTTİHAM

Kiçik sahibkarlarımızı Qoşqar Təhməzlinin “oblava”larından kim qoruyacaq? - İTTİHAM

Tarix:

2-03-2018, 16:52

/ 2 041 dəfə oxundu.
Kiçik sahibkarlarımızı Qoşqar Təhməzlinin “oblava”larından kim qoruyacaq? - İTTİHAM

Azərbaycanda qida təhlükəsizliyi ən həssas nüanslardan sayılır. Hətta deyərdik ki, bir ölkənin ən strateji sahələrindən biri də budur – qida təhlükəsizliyi xalqın əminliyini, sağlamlığını və gələcəyini təmin edir. Elə buna görə də, dövlət başçısı yaxın aylarda Dövlət Qida Təhlükəsizliyi Agentliyini yaradaraq Qoşqar Təhməzlini agentliyin rəhbəri vəzifəsinə təyin etdi.

Bundan sonra, Qoşqar Təhməzlinin keçmişi də cəmiyyətdə maraq doğurdu və bir sıra həmkarlarımız onunla bağlı araşdırmalara başladı.

Qeyd edək ki, Azərbaycanda təkər-şin biznesində “akula”lardan sayılan, SOCAR tenderlərinin əvəzedilməz “qəhrəman”ı hesab edilən, “Şurataz ltd” şirkətinin rəhbəri Xaliq Abbasov “Qafqaz Xəbər Agentliyi” və onun direktoru Araz Məmmədovu iki il əvvəl dərc olunmuş yazılara görə məhkəməyə verib.

Xaliq Abbasovla Qoşqar Təhməzlinin əlaqələri barədə isə 365info.az saytı diqqətçəkən araşdırmalar dərc edib.

Həmçinin, cəmiyyətdə marketoloq-ekspert kimi təqdim olunan Tural Abdullayev haqqında da bir sıra maraqlı məqamlara saytdakı yazılarda rast gəlmək olar.
Məlumatlarda bu üç şəxsin adı hədərdən bir yerə çəkilmir, hətta onların bir çox xarici səfərlərdə birlikdə olduğu, “Araz Market”dən hədə-qorxu ilə pul tələb etməyə görə həbs olunan Tural Abdullayevin məhz Qoşqar Təhməzlinin köməyilə həbsdən azad olunduğu və sektora qayıtdığı qeyd olunur.

Çox güman ki, vaxtilə “supermarketlərin qənimi” kimi yada düşən Tural Abdullayev bu günlərdə Qoşqar Təhməzlinin yeni əməliyyatlarında faydalı ola bilər.

Məsələn, bu günlərdə Afn.az saytı DQTA-nın təndirlərdə, kiçik çörəkbişirmə müəssisələrində “oblava”lara başlayacağı barədə yazıb.

Bu isə o deməkdir ki, ölkədə kiçik sahibkarlığın “belini qırmaq istiqamətində” Qoşqar Təhməzlinin “xüsusi payı” olacaq.

Xaliq Abbasovla isə Qoşqar Təhməzlinin həmyerli olduğu, bir çox məqamlarda ortaq hərəkətlər etdiyi bildirilir. Vaxtilə Təhməzov olan Qoşqar Təhməzlinin qardaşı Fərhad Təhməzovun da “Qaçqınkom”dakı fəaliyyətinə dair ölkə mətbuatında ziddiyyətli məlumatlara rast gəlmək olar.

Qayıdaq yenidən Xaliq Abbasova. 365info.az-ın yazılarında bu şəxsin banklara külli miqdarda borcu olduğu qeyd olunurdu.

Bu günlərdə isə redaksiyamıza bir məlumat daxil olub. “Qafqaz Xəbər” qəzeti həmin məlumatı oxucularla bölüşür.

“Bank VTB” (Azərbaycan) ASC “Kredit müqaviləsi üzrə borc tələbi” iddiası və iddianı təmin etmə tədbiri olan əmlak üzərinə həbsin qoyulması tələbi ilə “Qrand Garden” və “Şurataz” LTD Məhdud Məsuliyyətli Cəmiyyətlərini və onların rəhbərləri: Abbasov Xaliq Nərman oğlu ilə Kazımova Rahilə Məmməd qızını cavabdehlər qismində məhkəməyə cəlb etmişdir.

Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Ramil Həsənov 2(010)-868/2017-001 saylı 27.03.2017-ci il tarixli Qətnaməsi ilə “Bank VTB” (Azərbaycan) ASCnin tələbinə əsasən iddianı təmin etmə tədbirini qismən təmin etmişdir.

“Kredit müqaviləsi üzrə borc tələbi” iddiası üzrə iddianı təmin etmə tədbiri olan əmlak üzərinə həbsin qoyulması barədə Suraxanı rayon Məhkəməsinin qərardadı ilə razılaşmayan cavabdehlər: Abbasov Xaliq Nərman oğlu ilə Kazımova Rahilə Məmməd qızı apellyasiya şikayəti vermişlər.

Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi İkram Şirinovun sədrliyi ilə 17.05.2017-ci il tarixdə qəbul edilmiş qərarla Suraxanı rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılaraq cavabdehlərin şikayəti təmin edilməmişdir. Cavabdehlər Apellyasiya Məhkəməsinin Qərarından da narazı qalaraq kassasiya şikayəti vermişlər.

Azərbaycan Respublikasi Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasinın hakimi İlqar Xələfovun sədrliyi ilə 20.07.2017-ci il tarixli qərarla cavabdehlər: Abbasov Xaliq Nərman oğlu ilə Kazımova Rahilə Məmməd qızının kassasiya şikayətləri təmin edilmədən, yəni, “Kredit müqaviləsi üzrə borc tələbi” iddiasına əsasən “Qrand Garden” MMC və “Şurataz” LTD MMC-nin əmlakları üzərinə həbsin qoyulması barədə Suraxanı rayon Məhkəməsinin 2(010)-868/2017-001 saylı 27.03.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Beləliklə, araşdırmalarımız nəticəsində həmin məlumatlara aydınlıq gətirilib, deyə bilərik.

Göründüyü kimi, Xaliq Abbasov bir və ya bir neçə şirkətə rəhbərlik edir.

Bu işlərdə Qoşqar Təhməzlinin payı, xeyri və zərəri nə qədərdir – onu zaman göstərəcək.

Əsas odur ki, Qoşqar Təhməzli öz həmyerlisinin təkər biznesindəki uğursuzluqlarının acığını ölkəmizin qida sənayesindən, kiçik müəssisələrdən çıxmasın…

Allah bizim qida təhlükəsizliyimizi “təkərə düşmək”dən qorusun!..

Şərhlər

XƏBƏR LENTİ