Həsənağa Turabovun polis oğlu belə xatırlanır... - FOTOLAR
- 1-03-2018, 14:28
- 3 560
xalqxeber.az-a Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir ki, 1997-ci il martın 11-də Siyəzəndə baş verən ağır cinayət hadisəsi baş verdi. Rayon Polis Şöbəsinə şəhər sakini Əlişir Tağıyevdə odlu silah olması barədə daxil olan məlumatın yoxlanması ilə əlaqədar əməliyyat qrupu həmin şəxsin yaşadığı ünvana gedirlər. Qrupa isə rəis müavini İmran Mustafayev rəhbərlik edib. Hazırda RPŞ-nin rəis müavini işləyən polis polkovnik-leytenantı Arzu Rzayev 1997-ci ildə əməliyyat müvəkkili çalışırdı və əməliyyat qrupunda idi.
Əli silahlı cinayətkarı zərərsizləşdirməyə gələn polis qəfildən avtomatdan açılan güllərələ tuş gəliblər. Ə.Tağıyevlə rastlaşan Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Daşqın Turabov onu zərərsizləşdirməyə cəhd etsə də qəfil atəşə tuş gəlib. Xəstəxanaya çatdırılan D.Turabovun həyatını həkimlərin səylərinə baxmayaraq xilas etmək olmur. Öz yoldaşlarının canlarını qörumaq üçün öz ömrünü fəda edib. İş yoldaşlarının yaddaşlarına həkk olunan Daşqın Turabov bu gün də unudulmur. RPŞ-nin girişində Daşqın Turabovun əziz xatirəsinə xatirə guşəsinə yaradılıb. Polis şöbəsinin yerləşdiyi küçəyə Daşqın Turabovun adı verilib.
Qeyd edim ki, D.Turabov Azərbaycan teatrının görkəmli nümayəndəsi, xalq artistimiz Həsənağa Turabovun oğlu idi.
Allah rəhmət eləsin