XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Cavid Qurbanovdan şəhid ailəsinin təhqir olunmasına laqeydlik - Sərt açıqlama

Cavid Qurbanovdan şəhid ailəsinin təhqir olunmasına laqeydlik - Sərt açıqlama

Cavid Qurbanovdan şəhid ailəsinin təhqir olunmasına laqeydlik - Sərt açıqlama
22-02-2018, 10:10

Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC rəisi vəzifəsini daşımasından öncə işğal altında olan Kəlbəcərin millət vəkilidir

Onun əsas borcu köçkünlərin problemlərinə doğmalıq göstərmək, ürək qızdırmaq, dərdlərinə şərik çıxmaqdır. Amma C.Qurbanov ona edilən müraciətləri vecinə almır.

Bu günlərdə məcburi köçkün, şəhid qardaşı olan jurnalist Xəyyam Salmanzadə deputata üz tutmuşdu.

Jurnalist C.Qurbanovdan xahiş edirdi ki, onu şəxsən qəbul etsin və ailə üzvlərindən birinin üzləşdiyi haqsızlığın təfərrüatını danışsın.

Belə ki, bu il, 20 Yanvar faciəsi günü dəmiryol idarəsi əməkdaşlarından biri şəhid ailəsini təhqir edib.

Həmin şəhid ailəsi jurnalistə yaxın adamdır. Amma X.Salmanzadə hadisənin detallarını KİV-də tirajlamağı məsləhət bilməyib.

Düşünüb ki, C.Qurbanovun qəbulunda ətraflı izah edər və məsələ aydınlaşar. Amma köçkün jurnalistin Kəlbəcərin deputatına müraciəti cavabsız qalıb.

X.Salmanzadə bildirir ki, onun şəhid ailəsinin əməkdaşı tərəfindən təhqir olunmasına laqeydliyini anlaya bilmir:

“Cavid Qurbanov bu hadisəyə niyə göz yumur? Axı hər şeydən əvvəl bir millət vəkilidir, köçkünlərin müraciətlərinə biganə qalmamalıdır.

Özünə yaxın KİV-də səfərlərini, tədbirlərini işıqlandırır, piarını aparır, fəaliyyətdə olduğunu nümayiş etdirir.

Madam ki belədir, o halda şəhid ailəsinin də müraciətinə reaksiya verəydi, biz də təşəkkürümüzü media tribunasından ünvanlayardıq, reklamı olardı.

Mən yaxşı bilirəm ki, hansı xəbər portallarında onun fəaliyyəti geniş işıqlandırılır. Çünki özü tərəfindən maliyyələşdirilir.

Amma bu o demək deyil ki, Cavid Qurbanov öz saytlarında tərifli xəbərlər verdirməklə işlər düzəlir.

İnsanların problemlərinə, müraciətlərinə baxmaq lazımdır. Ona səs verən seçiciləri var, köçkün ailələri var”.

Şəhid ailəsinə nalayiq sözlər deyən dəmiryol idarəsi işçisi bu kobudluğu 20 Yanvar günü edib.

X.Salmanzadə bildirir ki, C.Qurbanov onu qəbul eləsə, məsələni açıqlayar: “Amma laqeyd münasibət göstərilirsə, onda bizdən günah getdi.
Məsələni mətbuatda incəliyinə qədər ictimailəşdirsəm, özləri rüsvay olacaqlar. Azərbaycanda həmişə şəhid ailəsinə hörmət olub, onun qarşısında baş əymişik. Çünki bu insanlar vətən uğrunda canlarından keçiblər, ailələrinə diqqət, qayğı olmalıdır. Dəmiryol idarəsi işçisi isə başından böyük qələt edib. Şəhid ailəsini aşağılamağa, təhqir etməyə ona kim ixtiyar verib? Mən Cavid Qurbanovdan xahiş edirəm ki, məsələni dərhal nəzarətinə götürsün və məni qəbul etsin”.

Jurnalist əlavə edib ki, məmurlar vətəndaşların müraciətlərinə həssas olmalıdırlar: “Mən istəmədim ki, bu özbaşınalıq müxtəlif xəbər portallarında yayımlansın. Hesab elədim ki, məsələni Cavid Qurbanovun şəxsən nəzərinə çatdırmaq məsləhətdir.

Ona görə bir məcburi köçkün, şəhid qardaşı olaraq Cavid müəllimdən xahişim budur ki, qiymətli vaxtından mənə 15 dəqiqə ayırsın, qəbul eləsin, məsələnin mahiyyətini özünə izah edim.

Hər halda ailə üzvüm olan şəhid vermiş birinin 20 Yanvar günü əməkdaşınız tərəfindən təhqir olunmasına siz göz yummazsınız.

Belə müştəbehlik, özünəvurğunluq, təkəbbür həmin işçidə hardandır ki, şəhid ailəsi ilə necə danışmaq lazım olduğunu öyrətməyiblər”.

Fia.Az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.