SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azad Rəhimovun oğlu Vitali Kliçkoya Bakıda 5 otaqlı mənzil hədiyyə edib

Azad Rəhimovun oğlu Vitali Kliçkoya Bakıda 5 otaqlı mənzil hədiyyə edib

Tarix:

21-02-2018, 13:41

/ 3 570 dəfə oxundu.
Azad Rəhimovun oğlu Vitali Kliçkoya Bakıda 5 otaqlı mənzil hədiyyə edib

Ukraynanın paytaxtı Kiyevin meri, tanınmış siyasətçi və boksçu Vitali Kliçkoya Bakıda 5 otaqlı mənzil hədiyyə olunub

Özəl məlumatda deyilir ki, V.Kliçkoya mənzil Bakıya sonuncu gəlişi zamanı verilib.

Belə ki, ötən ilin oktyabr ayında Dünya Boks Şurasının (WBC) Bakıda işinə başlayan 55-ci Konvensiyasında iştirak etmək üçün Vitali Kliçko Azərbaycana gəlib. Həmin tədbirdə Dünya Boks Şurasının (WBC) prezidenti Maurusio Süleyman, məşhur boksçular – Vitali Kliçko və Evander Holifild Azərbaycanın gənclər və idman naziri Azad Rəhimova çempion kəməri hədiyyə ediblər.

Evander Holifild, Azad Rəhimov və Vitali Kliçko / Foto © APA Holding
Evander Holifild, Azad Rəhimov və Vitali Kliçko / Foto © APA Holding
Həmin tədbirdən sonra nazir Azad Rəhimov və oğlu Arif Rəhimov qonaqlar – Vitali Kliçko, Maurusio Süleyman və Evander Holifild Bakıdakı Teleqüllə restoranında axşam yeməyində bir araya gəliblər. Ziyafət zamanı Azad Rəhimov Evander Holifild və Maurusio Süleymana bahalı İsveçrə saatı hədiyyə edib. Nazir oğlunun Vitali Kliçkoya hədiyyəsi isə, gözlənilməz olub. Belə ki, Arif Rəhimov Bakıda sahibi olduğu “Renessans Palace” yaşayış kompleksindən 5 otaqlı mənzilin açarını Vitali Kliçkoya uzadaraq həddiyyəsini təqdim edib.

Nazir oğlunun Kievin tikinti bazarında girişi …

Şam yeməyi zamanı Arif Rəhimov təsisçisi olduğu “AS Group” şirkəti tərəfindən Bakıda həyata keçirilən meqa layihələr haqqında məlumat verib. Nazir oğlu Vitali Kliçokdan Ukrayna tikinti bazarına girmək üçün kömək istəyib. Sonunçu Arif Rəhimovun bu istəyinin mümkün olduğunu bildirərək işi danışmaq üçün onu dekabr ayında Kievə dəvət edib.

Məlumat üçün üçün qeyd edək ki, Arif Rəhimov bir çox məşhur şirkətin təsisçiliyini edən gənc iş adamlarından sayılır. O, “AS Group” şirkətlər qrupunu 2003-cü ildə qurub. Şirkətlər qrupu dövlət və özəl sektorda kompleks layihələr həyata keçirir. Buna infrastruktur layihələrinin həyata keçirilməsi, mülki, inzibatı və sənaye obyektlərinin tikintisi daxildir. Şirkət eyni zamanda çınqıl, qum, armokarkas, beton və beton məhsullarının, dəmir-beton məmulatlarının iri istehsalçısıdır. “AS Group”-a “AS İnşaat”, “AS Tikinti”, “AS Georgia”, “AZBesix”, “Alkoholl”, “AS AGRO KO” törəmə şirkətlər daxildir.

Şahin Mövsumov adlı şəxsin rəhbərlik etdiyi şirkət Bakıda 4 böyük yaşayış kompleksi tikib. Onlar “Renessans Palace”, “Dirsi”, “Park Residence”, “Villa Siena”-dır. Vitali Klçikonun mənzil hədiyyə aldığı “Renessans Palace” Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşdir. 18 mərtəbəli binada orta təmirli mənzilin qiyməti 500 -700 min manat arasındadır.

Kimdir Arif Rəhimov?

Arif Rəhimov 12 ildir Azəbryacanın gənclər və idman naziri olan Azad Rəhimovun yeganə övladıdır. Orta məktəbi Bakıda bitirən, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində oxuyan Arif Rəhimov ardından ali təhsilini İngiltərənin paytaxtında davam etdirib. Azərbaycan, rus və ingilis dillərini bilən Arif Rəhimov 2011-2012-ci illərdə Londondakı Cass Business School-da neft və energetika sənayesi ixtisasına yiyələnib.

2009-cu ilin oktyabrından 2011-ci ilin noyabrınadək Azərbaycan Dövlət Neft Şirkətində maliyyə meneceri vəzifəsində işləmiş Arif Rəhimov sonradan “DDLAR GROUP” adlı özəl şirkətini qurub və hazırda da ona rəhbərlik edir. Arif Rəhimov yuxarda da qeyd etdiyimiz kimi bir çox məşhur şirkətlərin sahibidir. Hazırda həmin şirkətlərə özünün təyin etdiyi adamlar rəhbərlik edir.

Bununla paralel Arif Rəhimov 2014-cü ilin yanvarında yaradılmış “Baku Grand Prix” şirkətinin də rəhbəridir. Yeri gəlmişkən, “Baku Grand Prix” şirkəti 2016-cı ildən Bakıda keçirilən dünyada avtomobil idmanının ən bahalı növlərindən birinin – “Formula 1” in “Qran Pri” yarışının təşkilatçısıdır.

Arif Rəhimov evlidir və hazırda Londonda yaşayır.

AzEuroNews.com

Şərhlər

XƏBƏR LENTİ