SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Müflis milyonçu ilə bağlı yeni ŞOK məlumatlar!

Müflis milyonçu ilə bağlı yeni ŞOK məlumatlar!

Tarix:

20-02-2017, 16:15

/ 1 915 dəfə oxundu.
Müflis milyonçu ilə bağlı yeni ŞOK məlumatlar!

Azərbaycanda daha çox “Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədovun müflisləşməsi, müxtəlif qurumlara, banklara və şəxslərə külli miqdarda borcunun yığılıb qalması ilə bağlı məlumatlar yeni deyil

“Hafka” özü iflasa uğradığını etiraf etsə də, 100 milyonlarla vəsaiti harda, niyə və necə “itirdiyinə” dair ağlabatan, məntiqli bir açıqlama ilə çıxış etməyib.

Bəlkə də buna görədir ki, “Hafka”nın bu 100 milyonları “batırmaq” üçün iflas oyunu oynadığını düşünənlər də az deyil. Belələrinin fikrincə, Hafiz Məmmədov başda Beynəlxalq Bank olmaqla, müxtəlif maliyyə-kredit qurumlarından şirkətlərinin (40-a yaxın) adına götürdüyü böyük miqdarda (bir neçə 100 milyon) kreditləri, sahibi olduğu “Bank of Azerbaijan”a cəlb edilən vəsaitləri və əmanətləri (700 milyondan artıq) xaricdə biznes və hesablara yatıraraq, ortadan çıxarıb. İndi də qaytarmamaq üçün “əlinə dəsmal götürərək” müflisləşdiyini bəyan edir, iflas nağılları quraşdırır. Qardaşının Pribaltika ölkələrində böyük biznes qurması, özünün Fransanın “France Fotball” nəşrinin jurnalistləri ilə söhbətində Avropa banklarının birində “qarantiya altına alınmış hesabda” 1 milyard avro pulunun olduğu söyləməsi də bu ehtimalı gücləndirir.

Ancaq bəzi mənbələr isə Məmmədovun kazino oyunlarına meylli olmasını əsas gətirərək, onun sərvətinin böyük hissəsini qumarda itirdiyini iddia edir. Onun Monako knyazı II Albertlə Monte Karlonun elit kazinolarında dostlaşması, “Lans” klubunun prezidenti Jerve Martellə isə Kanndakı qumarxanaların birində tanış olmasına dair məlumatlar da bu ehtimalın tərəfdarlarının mövqeyini arqumentləşdirir.

Bu iddiaların nə qədər ciddi olduğunu söyləmək çətin olsa da, Hafiz Məmmədovun ölkədən çıxışının yasaqlandığına dair məlumatlar, hökumətin də artıq ona inanmadığını söyləməyə əsas verir. Barəsindəki həbs-qətimkan tədbiri dostluq etdiyi Monako knyazı II Albertin Azərbaycan Prezidentindən şəxsən xahiş etməsi nəticəsində dəyişdirilsə də, onunla bağlı araşdırmalar davam edir.

Ancaq görünür, hələlik, borclarının müqabilində Hafiz Məmmədova ödətdirməyə nə isə tapa bilmirlər… Bu üzdən “Hafka”nın borclarının bir hissəsi köhnə şəriki, sabiq nəqliyyat naziri Ziya Məmmədovun üzərinə qoyulub. Səbəb kimi də “Hafka”nın onun himayəsi altında biznes elitasında yer alması, dövlətin 100 milyonlarla vəsaitini əldə etmək imkanı qazanması göstərilib. “Biz Hafiz Məmmədovu sənə görə tanımışıq, sənə görə etibar etmişik. Borclarını da birlikdə ödəməlisiz” – deyə Ziya Məmmədova qısa müddətdə məsələni həll etmək tapşırılıb. Bu haqda saytımızda geniş yazı dərc olunduğundan, təkrarlamaq niyyətində deyilik.

Ancaq həmin məlumatı saytımıza verən mənbə onu da qeyt etmişdi ki, Hafiz Məmmədovun üzərində olan borcun məbləği o qədər böyükdür ki, (100 milyonlarla dollar), Məmmədovlar ölkə daxilindəki bütün biznes obyektlərini və mülklərini satsalar belə, onu ödəyə biləcəkləri şübhə doğurur.

Bu günlərdə başqa bir mənbənin Hafiz Məmmədovun borcları ilə bağlı verdiyi məlumat deyilənləri bir daha təsdiqləyir.

Belə ki, ölkənin biznes elitasına kifayət qədər yaxın mənbədən saytımıza daxil olan məlumatda “Hafka”nın yalnız banklara, müxtəlif qurumlara, bankına böyük pullar yatırmış əmanətçilərə deyil, həm də ayrı-ayrı iş adamlarına da külli miqdarda borcunun olduğu bildirilir. Belə iş adamlarından bir də “Union Grand Energy” Şirkətlər Qrupunun sahibi və Baş İcraçı Direktoru, “Baku Business Factory” və “Socar Trading”in təsisçisi Anar Əlizadədir.

Mənbənin sözlərinə görə, yerlisi Anar Əlizadənin gənc və təcrübəsiz olmasından istifadə edən Hafiz Məmmədov şəhərdəki əmlaklarını, şirkətlərini şifahi olaraq təminat göstərməklə, ondan milyonlarla dollar borc götürüb. Hafiz Məmmədovu böyük və etibarlı bir iş adamı kimi tanıyan Anar Əlizadə də şübhələnmədiyindən ona istədiyi məbləği verib. Və bu zaman təminat kimi göstərilmiş obyektləri sənədlə tələb etməyib.

Anar Əlizadə aldandığını xeyli sonra – “Hafka”nın müflisləşməsi, böyük borclarının yarandığına dair xəbərlər yayıldıqdan sonra başa düşüb. Hafiz Məmmədovun təminat kimi göstərdiyi şirkətlər iflasa uğrayaraq bağlanıb, əmlaklar isə ya satılıb, ya da banklarda girov olduğundan üzərinə həbs qoyulub.

Son dövrlər “Hafka”nın həbs olunma ehtimalının güclənməsi isə Anar Əlizadənin milyonlarının da “batması” təhlükəsini yaradıb. Hətta Hafiz Məmmədovun Anar Əlizadənin vəzifəli qohumlarına “həbs olunaramsa aldığım pulları da qaytara bilməyəm” – deyə açıq mesaj göndərdiyi, onu himayə altına almalarını tələb etdiyi də iddia edilir.

Məlumata görə, Hafiz Məmmədov tərəfindən aldadıldığını anlayan Anar Əlizadə, bu məsələ ilə əlaqədar təcili Avropadan Bakıya dönüb və Hafiz Məmmədova zəng edərək, Bakıya gəldiyini, bu məsələ ilə bağlı oturub danışmaq istədiyini bildirib. Anarın “razborkaya” gəldiyini başa düşən Hafiz Məmmədov da onu Teymur Əliyevdəki villasına dəvət edib. Və eyni zamanda, A.Əlizadənin ciddi təzyiqlərinə məruz qalmamaq üçün, onunla görüşməzdən əvvəl tanınmış bir redaktora zəng edərək, bir neçə nüfuzlu jurnalisti də götürüb, onun evinə qonaq gəlməsini xahiş edib.

“Bununla “Hafka” güman edib ki, Anar Əlizadə jurnalistlərdən çəkinib, onun üstünə çox getməz. Lakin yanılıb və daha acınacaqlı vəziyyətə düşüb. Anar Əlizadə evdə jurnalistlərin də olmasına əhəmiyyət verməyərək, atası yaşda olan Hafiz Məmmədovu uşaq kimi danlayıb, onu ən ağır sözlərlə təhqir edib” – deyə mənbə bildirir. Məlumata görə, A.Əlizadə Hafiz Məmmədovdan təcili borclarını qaytarmağı tələb edib, əks halda yaşadığı evini əlindən alacağını bildirib. Hafiz Məmmədov isə həmişəki kimi, borclarını ödəyəcəyinə dair vəd verərək, onu sakitləşdirməyə çalışıb.

Ancaq onun bu vədini yerinə yetirə bildiyi şübhə doğurur. Hər halda 100 milyonlarla dolları “yoxa çıxaran” Hafiz Məmmədovun borclu olduqları siyahısında A.Əlizadənin ilk yerdə dayanmadığı məlumdur. Lakin o da istisna deyil ki, A.Əlizadə borcu qarşılığında “Hafka”nın yaşadığı evi olmasa da, onun şirkətlərindən birini, məsələn, “Bahar Enerji”ni onun əlindən ala bilib…

Yazıda adları keçən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

“AzPolitika.info”

Şərhlər

XƏBƏR LENTİ