SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » ATV-dəki araq reklamına görə Şeyxülislama müraciət OLUNDU

ATV-dəki araq reklamına görə Şeyxülislama müraciət OLUNDU

Tarix:

20-02-2017, 10:34

/ 1 691 dəfə oxundu.
ATV-dəki araq reklamına görə Şeyxülislama müraciət OLUNDU

Müasir dünyada ictimai nəzarət dedikdə nəyin başa düşüldüyünü kimsəyə izah etməyə gərək yox. Əslində tərəqqipərvər bəşəriyyətin ağ günə çıxmış millətləri (onları sadalamağa da lüzum yox) onilliklərdir ki, seçdikləri hakimiyyətlərini məhz ictimai nəzarət adlı güclü basqı alrtında işlədirlər və elə demokratiyanın da, sosial ədalət və hüququn aliliyinin də ictimai nəzarətdən qidalandığını sübut etməyə də ehtiyac yox...

Amma biz fərqli məmləkət və fərqli cəmiyyət olduğumuzdan bizdə vəziyyət nə ruscadır, nə farsaca, nə türkcə. At izi it izinə elə qarışıb ki, bizim hansı dinə və məzhəbə qulluq etdiyimizi nəinki əcnəbi müşahidəçi, heç özümüz belə, doğru-dürüst müəyyənləşdirməkdə çətinlik çəkirik.

Xülasə, fevralın 14-də tanınmış ictimai xadim, publisist, təhsil eksperti Etibar Əliyev ATV telekanalında hər həftənin bazar günü efirə gedən “Nanəli” proqramının reklam fasiləsində bir neçə növ arağın reklam edilməsini qınayaraq MTRŞ sədri Nuşirəvan Məhərrəmliyə, QMİ sədri Şeyxülislam Allahşükür Paşazadəyə müraciət edib bu rəzalətə kəskin münasibət bildirilməsinin zəruruliyini hayqıranda elə təsəvvür yarandı ki, növbəti bazar bu cür antiislam ovqatlı reklamı efirlərdə görməyəcəyik. Amma yuxarıda qeyd etdik axı, bu ölkədə ictimai nəzarətin gücü nəinki arağı telekanal efirindən, heç sünbülqıranı tarladan çıxarmağa yetməz.

Əksinə, bu həftə “Nanəli” verilişindəki reklamda sanki hamımızın acığına araqlar bir reklam fasiləsində ikiqat reklam edildi. Bu nəyin göstəricisidir? Bu məmləkətin sürətlə şeytanın qucağına yuvarlanmasının, haramın halal üzərində zəfər çalmasının aşkar təzahürü hesab olunmalıdır. Zalım uşağı, cəmisi bir həftədən sonra Xocalı qətliamının günahsız qurbanlarının əziz xatirəsini elliklə yad edərək ümummilli hüzn gününü qeyd edəcəyik. Növbəti bazar elə 26 fevrala düşür. Həmin gün efirə gedəcək “Nanəli” proqramında da ceyran südü kimi cəmiyyətə təqdim edilən, dinimizdə haram buyrulsa da halalların halalı kimi hamını yoldan çıxaran arağın reklamının davam etməyəcəyinə hardan inansın insan oğlu?

Etibar Əliyev həyəcan təbili çaldı, nə ATV telekanalı bu haraya səs verdi, nə digər səlahiyyət sahibləri. Amma biz redaksiya olaraq təkrar bu rəzaləti bütün Qafqazın şeyxinin diqqətinə çatdırmağı özümüzə borc bildik. Əminik ki, hörmətli Şeyxülislamın telekanallarda bu tip reklamları durdurmağa səlahiyyəti və nüfuzu çatar. Media və cəmiyyət olaraq hamımız onun arxasındayıq və gözləyirik ki, o dərhal müdaxilə edərək ölkə başçısı İlham Əliyevin ictimai nəzarətin önəmi barədə vaxtaşırı səsləndiridiyi xoşməramlı çağırışa meydan oxuyan bu kimi antimilli, antiislami meyllərin qarşısına sədd çəkilməsinə nail olacaq.

Biz islam coğrafiyasında telekanallarında spirtli içkinin bu cür reklam olunduğu ikinci bir məmləkətin olduğuna inanmırıq və buna görə üzülürük. Ona görə də “İslam həmrəyliyi ili” elan olunduğu bir ildə dünyanı özümüzə güldürməyək. Bircə il arağı reklam etməsək dünya bizdən inciməz ki...

Moderator

Şərhlər

XƏBƏR LENTİ