Jurnalisti həbs ediblər - 2 gündür xəbər vermirlər
İsmayıllıda yaşayan jurnalist Elçin İsmayıllı fevralın 17-də saat 16.00 radələrində yaşadığı evdən çıxdıqdan sonra geri qayıtmayıb
Elə həmin gün, daha doğrusu, ayın 17-dən 18-nə keçən gecə saat 2 radələrində polis və prokurorluq əməkdaşlarından ibarət olan 8 nəfərlik qrup onun kirayədə qaldığı evə gələrək axtarış aparıblar. Əməliyyatçılar jurnalistin evində kompyuterini və sənədlə aldığı ov tüfəngini götürüb gediblər.
Elçin İsmayıllı həm də AXCP Ali Məclisinin İsmayıllıdan seçilmiş üzvüdür. Partiyanın sədr müavini Gözəl Bayramlı məlumat paylaşıb ki, Elçin İsmayıllının Bakıya gətirlidiyini öyrənə biliblər. Amma onun harda saxlanması barədə dəqiq məlumat yoxdur. Məlumatı dəqiqləşdirmək üçün çalışmaları isə nəticə vermir.
Əldə etdiyimiz məlumata görə, E.İsmayıllıya 24 sutka inzibati həbs cəzası verilib

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...