“Siz bu millətin düşmənlərisiz” - Abbas Abbasovun oğlu
"Bu cür özbaşınalığın səbəbkarlarına deyirəm, ayıb olsun. Sizə acıyıram. Siz ölkə rəhbərinin və bu millətin düşmənlərisiniz".
Bu sözləri Gəncənin sabiq millət vəkili, Baş nazirin sabiq müavini Abbas Abbasovun oğlu Aydın Abbasov rüşvət alarkən yaxalanan Gəncə Musiqi Kollecinin direktoru Gülçin Mirzəyeva ilə bağlı qalmaqalı şərh edərkən bildirib.
Sabiq millət vəkili sosial şəbəkədə yaydığı statusunda bildirib ki, bu əməlləri törədənlər heç vaxt bağışanmayacaqlar:
"Gəncəyə gəlir mənbəyi kimi baxan və Gəncəyə vəzifəsındən istifadə edərək mənəvi və maddi zərər vuraraq sakinlərini incidib, küsdürüb, dövlətin qanunlarına zidd olaraq zənginləşən hər hansı bir məxluqa MANQURT deyilə bilər.
Bu dövlət sizə bu çirkin əməllərinizi bağışlamayacaq. Bu şəhər sizə çirkin niyyətlərinizi bağışlamayacaq.
AzTV-də bu cür məlumatı seyr etdikcə bu biabırçılığın Gəncədə baş verməsinə və bu cür özbaşınalığın səbəbkarlarına deyirəm, ayıb olsun. Sizə acıyıram. Siz ölkə rəhbərinin və bu millətin düşmənlərisiniz".
Qeyd edək ki, Gülçin Mirzəyeva 2 gün əvvəl Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayev tərəfindən daha da irəli çəkilərək, Gəncə Filarmoniyasına direktor təyin olunmuşdu.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...