SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » AYAZ ORUCOVUN ƏMƏLLƏRİNDƏN ŞİKAYƏT

AYAZ ORUCOVUN ƏMƏLLƏRİNDƏN ŞİKAYƏT

Tarix:

1-02-2018, 12:36

/ 1 890 dəfə oxundu.
AYAZ ORUCOVUN ƏMƏLLƏRİNDƏN ŞİKAYƏT

Beyləqan rayonu, Əlinəzərli kənd sakini Ruhid Məhəmməd oğlu Əliyev tərəfindən Gununsesi.info-nun elektron ünvanına şikayət ərizəsi daxil olub.

Beyləqan rayonunun sabiq millət vəkili Ayaz Orucovun əməllərindən gileylənən Ruhid Əliyev Gununsesi.info-ya ünvanladığı şikayət ərizəsində qeyd edib ki, adıçəkilən keçmiş deputat vəzifə səlahiyyətindən sui-istifadə edərək onun ailəsinə məxsus, qanuni sənədləri olan 20 sot torpaq sahəsini qanunsuz olaraq zəbt edib.

“Beyləqan rayonundan keçmiş millət vəkili olan Ayaz Orucov vəzifə səlahiyyətindən sui-istifadə edərək bizim ailəyə məxsus Beyləqan rayonunun mərkəzində qanuni sənədləri olan 20 sot torpaqımızı qanunsuz olaraq zəbt edərək məcbur əlimizdən alıb. Hakimiyyətin ona olan etimadından istifadə edərək başqalarının malını, mülkünü qanunsuz zəbt edib özününkiləşdirən Ayaz Orucov və onun tərəfdarları barəsində heç bir tədbir görülməyib. Bu barədə müvafiq hüquq-mühafizə orqanlarına şikayət etsək də Ayaz Orucovun yüksək vəzifəli dostlarının hesabına şikayətimiz baxılmamış saxlanılıb” deyən şikayətçi qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur: “Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Cinayət Məcəlləsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama torpaq sahəsini başqa üsullarla özbaşına tutma iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti işlərini aparma üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Buna baxmayaraq, hələ də Ayaz Orucov və onun tərəfdarları barədə cinayət işi açılmayıb və cinayət məsuliyyətinə cəlb olunmayıblar”.

Sonda Beyləqan rayon sakini Ruhid Əliyev Gununsesi.info vasitəsi ilə müvafiq qurumlara müraciət edərək, vəzifə səlahiyyətindən sui-istifadə edərək onun ailəsinə məxsus, qanuni sənədləri olan 20 sot torpaq sahəsini qanunsuz olaraq zəbt edən sabiq millət vəkili Ayaz Orucov barəsində lazımı ölçü götürülməsini xahiş edib.

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Şərhlər

XƏBƏR LENTİ