SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Deputat Sevinc Fətəliyeva Azərbaycanın yeni təhsil naziri ola bilər

Deputat Sevinc Fətəliyeva Azərbaycanın yeni təhsil naziri ola bilər

Tarix:

25-01-2018, 12:35

/ 4 600 dəfə oxundu.
Deputat Sevinc Fətəliyeva Azərbaycanın yeni təhsil naziri ola bilər

Təhsil naziri portfelini əldə etmək üçün ən şanslı namizəd Azərbaycan Respublikası Milli Məclisinin deputatı Sevinc Fətəliyevadır…
Son günlər təhsil nazirinin kim olacağı ictimaiyyət arasında və mətbuatda ən çox müzakirə olunan məsələlərdən biridir. Mətbuatda bir çox tanınmış şəxslərin təhsil naziri portfelini əldə etmək üçün mübarizə aparmaları haqqında ardıcıl məlumatlar dərc olunmaqdadır.
Bu şəxsdərin arasında Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun və İqtisad Universitetinin rektoru, professor Ədalət Muradovun adı xüsusi hallanır. Hər iki şəxs son zamanlar nazilrik arzularına qovuşmaq üçün media ilə xüsusi olaraq işləməyə üstünlük verirlər. Əldə etdiyimiz bəzi məlumatlara əsasən, Azərbaycan Xarici Dillər Universitetinin rektoru Kamal Abdulla və Azərbaycan Dövlət Pedoqoji Universitetinin rektoru Cəfər Cəfərov təhsil naziri portfelini əldə etmək istəyənlərin içində yer alır. Kamal Abdullanın belə bir arzusu əvvəllər də olub, lakin gerçəkləşməyib.
Lakin əldə etdiyimiz digər məlumata əsasən təhsil naziri postunu əldə etmək üçün ən şanslı namizəd Azərbaycan Respublikası Milli Məclisinin deputatı Sevinc Fətəliyevadır. Bu barədə daxil olan məlumatda bildirilir ki, gələn ay ərzində, bəlkə də daha tez Sevinc Fətəliyevanın təhsil naziri təyin olunması ilə bağlı prezident sərəncamı imzalana bilər. Mənbənin bildirdiyinə görə Sevinc Fətəliyeva başqa namizədlərdən fərqli olaraq, bu posta iddiasını ortaya qoymayıb və bu etimad ona ölkə rəhbərliyi tərəfindən göstərilir.
Məlumatı dəqiqləşdirmək məqsədi ilə baş verən prosseslərdən xəbərdar olan başqa bir mənbə ilə də əlaqə saxladıq. İkinci mənbə suallarımzdan yayınmağa cəhd eləsə də, bildirib ki, Sevinc Fətəliyeva təhsil naziri vəzifəsi üçün ən layiqli namizədlərdən biridir və onun təhsil nazir olması Azərbaycan təhsili adına böyük nailiyyət olar.
Qeyd edək ki, 1979 təvəllüdlü Sevinc Fətəliyeva Azərbaycan Respublikası Milli Məclisinin IV və V çağırış deputatıdır. Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədr müavini və Yeni Azərbaycan Partiyası Beynəlxalq əlaqələr şöbəsinin müdiridir. 2015-ci ildən AŞPA-nın Avropa sosial xartiyası üzrə Alt-Komitəsinin sədr müavini və AŞPA-nın uşaq məsələləri üzrə baş məruzəçisi vəzifəsində işləyir. AŞPA-da Azərbaycanı uğurla təmsil edən deputatlardan biridir.
Sevinc Fətəliyeva Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsini bitirib. Təhsil sahəsində 14 illik pejoqji fəaliyyəti var. 2003-cü ildən Bakı Slavyan Universitetində (BSU) çalışan Sevinc Fətəliyeva 2006-cı ildən bu universitetin İngilis dili filologiyası kafedrasının müdiri vəzifəsində çalışır və filologiya elmləri namizədidir.

PİA.AZ

Şərhlər

XƏBƏR LENTİ