SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Maşınında külli miqdarda narkotik aşkarlanan Salyan sakini keçmiş icra nümayəndəsi imiş…

Maşınında külli miqdarda narkotik aşkarlanan Salyan sakini keçmiş icra nümayəndəsi imiş…

Tarix:

15-01-2018, 15:15

/ 2 937 dəfə oxundu.
Maşınında külli miqdarda narkotik aşkarlanan Salyan sakini keçmiş icra nümayəndəsi imiş…

Cəlilabadda külli miqdarda narkotilə saxlanılan Qismət Feyziyev Salyan rayonu, Sarvan kəndinin keçmiş icra nümayəndəsi imiş.
İxtisasca müəllim olan Q.Feyziyev 2014-2015-ci illərdə yaşadığı Salyan rayonunun Sarvan kəndinin icra nümayəndəsi işləyib. Qismət Feyziyev 2014-cü ildə Salyan RİH-nin keçmiş icra başçısı Tahir Kərimov tərəfindən icra nümayəndəsi təyin olunub. 2015-ci ildə isə rayona yeni təyin olunmuş icra başçısı Sevindik Hətəmov tərəfindən işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad olunub.

***13:16

İranla həmsərhəd olan Cəlilabad rayonunda hüquq mühafizə orqanları külli miqdarda narkotik maddə aşkarlayıblar.

DİN-in mətbuat xidmətindən bildirildiyinə görə, Cəlilabad Rayon Polis Şöbəsi və DTX-nın rayon şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə şəhər ərazisində Salyan rayon sakini Qismət Feyziyevin idarə etdiyi “VAZ-21074” markalı avtomobilə baxış keçirilib. Bu zaman yük yerində 4 kiloqram heroin, 1 kiloqram tiryək, 1970 ədəd metadon, 170 blok “NZ” və 214 blok “Manchester” markalı tütün məmulatları aşkar edilərək götürülüb.

Sürücü və avtomobildə olan sərnişinləri - Yardımlı rayon sakinləri Hikmət Hüseynov, Mərhəmət Behbudov və onun qardaşı Hikmət saxlanılıblar.

Virtualaz.org

Şərhlər

XƏBƏR LENTİ