Qalmaqallı şair satıcını işdən qovdurdu - FOTO
Şəhriyar del Gerani kimi tanınan gənc şair satıcını işdən qovdurub. Bu barədə Ş.Gerani özü Facebook səhifəsində yazıb. Gənc şairlə satıcı arasında kolbasaya görə mübahisə düşüb:
“”Favorit” marketin ət və süd məhsulları bölməsindəki satıcıdan kolbasa istədim. Dedim, “Zəhmət olmasa mənə Rusiya istehsalı kolbasa verin”. Dedi, “Məsləhətli “Minbərəkət” və “Hacıturqay” kolbasaları da varımızdı”. Dedim, “Oğlum, mənə haram kolbasa lazımdır, cılxa haram – tərkibində donuz piyi olan kolbasa”. Dedi, “Müəllim, mən sadəcə məsləhət elədim”. Düzü, bir xeyli acığıma gəldi nadan satıcının bu hərəkəti. Yəni adicə alış-veriş edərkən də belə bambılı mövzulara vaxt itirmək nəyə lazım axı? Buna ömür yetər mi? Hər nadanla 5 dəqiqə mübahisə etsən, gör hara vurur? Niyə bu məmləkətdə hərə bir molla olub keçib təpəmizə axı? Dedim, “Ay oğul, sən kimsən mənə məsləhət edəsən? Bu nə qeyri-mədəni davranışdır? Sizə etika öyrətmirlər mi işə götürəndə?” Qayıtdı ki, “Mədəniyyətsiz özünsən, mən səni halala dəvət edirəm!” Cahil vətəndaşla qəti şəkildə dioloqa getmədən dərhal müdirini çağırdım. Dərhal. Son dərəcə dərhal. Özümü təqdim etdim, kameranın yaddaşından video yazısını izlətdirdim və mədəniyyətsiz halalxor isatıcını şdən rədd etdirdim. Mübarək bir rədd oldu düzü. Həddən ziyadə məmnun halda 200 qram donuz piyli kolbasa və xiyar turşusu götürüb evə döndüm. Həri, əzize-mənlər, aydın cəmiyyətlər belə qurulur. Gec-tez hər kəs başa düşməlidir. Ki, ibadət, namaz, ümumiyyətlə bütün dini ayinlər Allahla-bəndə arasındakı intim-ruhani davranışlardır. Bunların heç birinin digər nəfərə əl-qətiyyən vəl-əşədənbillah dəxli yox. Hələ-hələ marketdə kolbasa alan müştəriyə heç dəxli yox. Necə deyərlər, “Sözün sağlığına!” Getdim”.
Yazarın etdiyi hərəkət sosial şəbəkədə müzakirələrə səbəb olub. İstifadəçilər onun bu hərəkətini birmənalı qarşılamayıblar.
prime-time.az


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək