Çay əslində belə dəmlənməlidir - DÜZGÜN QAYDASI
Çay olduqca faydalı müalicəvi içkidir - ürək-damar xəstəliklərindən, xərçəngdən qoruyur, beynin fəaliyyətinə müsbət təsir göstərir, insanı daha gümrah edir, əmək qabiliyyətini artırır. Lakin bu faydalardan yararlanmaq üçün çayı düzgün dəmləmək və içmək lazımdır.
Çayı şüşə, saxsı və ya çini çaydanda dəmləmək lazımdır. Dəmir çaydanlardan istifadə etməyin.
Suyu üzərinə çoxlu ağ qovuqcuqlar çıxana kimi dəmir çaydanda qaynadırlar. Su çox qaynadıqda çayın dadı olmur. Çayı dəmləyərkən bir neçə dəfə qaynadılmış sudan istifadə etmək tövsiyə edilmir.
Boş dəm çaydanını 3-4 dəfə qaynar su ilə yaxalayın. Sonra dəm çaydanına hər stəkan üçün bir çay qaşığı quru çay töküb yarıya qədər su tökün, çaydanın ağzını qapaqla bağlayıb üstünü dəsmalla örtün. Çay dəmləyərkən dəm çaydanını qazın üzərinə qoymaq olmaz.
Çay 5-7 dəqiqə ərzində dəmləndikdən sonra çaydana axıra qədər qaynar su tökün. Əgər çayın üzərində köpüklər əmələ gəlibsə, deməli, çay düzgün dəmlənilib.
Çayı yalnız təzə halda, dəmləndikdən sonra 1 saat ərzində içmək olar. Daha sonra çayın faydalı xüsusiyyətləri kəskin şəkildə azalmağa başlayır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək