İraqdakı körpə uşaqların yaxınlarına ŞAD XƏBƏR - Dövlət hərəkətə keçdi
"Müharibə zonalarında qalan azərbaycanlı uşaqların vətənə qaytarılması üçün Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə aidiyyəti qurumlarla işlər görülür. Artıq 20-yə yaxın azərbaycanlı uşaq düşərgələrdə müəyyənləşib və onların Azərbaycana gətirilməsi istiqamətində işlərə başlanılıb".
Bunu Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov deyib.
Sədr müavini bildirib ki, həmin uşaqların valideynləri münaqişələrdə dünyalarını dəyişiblər: "Təbii ki, ilk növbədə, onlar müayinədən keçirilməlidir. Onların nə zaman ölkəyə gətirilməsi İşçi Komissiyasının işindən asılıdır. Məlumatlar var ki, uşaqların sayı 20-dən çoxdur. Ona görə də sayın dəqiqləşdirilməsi və hamısının ölkəyə gətirilməsi üçün işlər həyata keçirilir".
S.Heydərov xatırladıb ki, bu günə qədər 900-ə yaxın Azərbaycan vətəndaşı münaqişəyə qoşulmaq üçün İraqa və digər ölkəyə gedib: "Onlardan 300-ə yaxını münaqişələrdə vəfat edib. 205 nəfərin Azərbaycan vətəndaşlığı ləğv olunub, 95 nəfər artıq məsuliyyətə cəlb olunub. Həmin ərazilərdə və ya üçüncü ölkədə gizlənən vətəndaşlarımız barədə də məlumatlar var. Onların da müəyyənləşdirilməsi və məsuliyyətə cəlb olunması istiqamətində müvafiq tədbirlər görülür".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...