Qaynatası tərəfindən qətlə yetirilən Ayselin fotosu yayıldı - FOTO
Ötən gün Sabunçu rayonu, Maştağa qəsəbəsində qayınata gəlinini odlu silahla qətlə yetirib.
1958-ci il təvəllüdlü Seyidmalik Məmmədov özünə məxsus qoşalülə ov tüfəngi ilə 1993-cü il təvəllüdlü, gəlini Aysel Xanağa qızı Məmmədovanın başından 2 güllə vuraraq qətlə yetirib.
Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər və ilkin müayinələrə başlayıblar. Qətli törədən şəxs isə şübhəli şəxs qismində həbs olunub.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işini araşdıran müstəntiq Zaur Qasımovun ölkə.az-a verdiyi açıqlamaya görə, S.Məmmədov oktyabr ayında gəlinini öz evinin hamam otağında qonşuluqda yaşayan Təhmasib Abasov adlı şəxslə intim əlaqadə olan zaman yaxalayıb. Ancaq həmin vaxt nə gəlininə, nə də qonşu oğlana xəsarət yetirməyib. Hətta oğluna da bu barədə bir söz deməyib. Ancaq kənd yeri olduğundan söhbətin böyüdüyünü görən Seyidmalik Məmmədov ötən gün axşam evə daxil olaraq odlu silahla gəlininin həyatına son qoyub.
Qeyd edək ki, qətlə yetirilən şəxsin 1 azyaşlı övladı qalıb.
olke.az


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək