XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Nərimanov Rayon Məhkəməsinin hakimi Samir Məmmədovdan - ŞİKAYƏT

Nərimanov Rayon Məhkəməsinin hakimi Samir Məmmədovdan - ŞİKAYƏT

Nərimanov Rayon Məhkəməsinin hakimi Samir Məmmədovdan - ŞİKAYƏT
12-12-2017, 10:52

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,
Azərbaycan Respublikasının 1-ci vitse prezidenti xanım M.Əliyevaya,
Azərbaycan Respublikasının Ədliyyə naziri cənab F.Məmmədova,
Azərbaycan Respublikası Prezident Adminstrasiyası
Hüquq şöbəsinin müdiri cənab F.Ələsgərova,
Azərbaycan Respublikasının ədliyyə naziri cənab F.Məmmədova,
Azərbaycan Respublikasının Məhkəmə Hüquq Şurası Aparatına,
Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab R.Usubova,
Azərbaycan Respublikasının baş nazirin müavini cənab Əli Həsənova,
Azərbaycan Respublikasının Baş prokuroru cənab Z.Qaralova,
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti rəisi cənab M.Quliyevə,
Azərbaycan Respublikasının Ali Məhkəmənin sədri cənab R.Rzayevə,
Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə,
Azərbaycan Respublikasının Ombudsman Aparatının sədrinə,
Bakı şəhər baş Polis İdarəsinin rəisi cənab M.Seyidova,
DİN-nin Nərimanov Rayon Polis İdarəsinin rəisinə,
Nərimanov rayon Prokurorluğuna,
Nərimanov Rayon Məhkəməsinin sədri T.Paşayev,
Azərbaycanın vicdanlı Mətbuat Orqanlarına

Ağdam rayonundan olan məcburi kökçün, hazırda Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mk-r.n, Moskva prospekti, ev 70, mən.28-də müvəqqəti kirayədə yaşayan zərərçəkmiş, Cəfərzadə İfadə İsgəndər qızı tərəfindən
“ Nərimanov Rayon Məhkəməsinin hakimi Samir Məmmədovun Nərimanov Polis İdarəsində Əskərov Nazim Mahmud oğlunun AR Cinayət Məcəlləsinin 178.3.2 maddəsi üzrə təzələnmiş cinayət işinə sifariş əsasında xitam verməsi barədə 11 noyabr 2017-ci il, saat 20-10 dəqiqədə qəbul etdiyi əsassız QƏRARDAN

Ş İ K A Y Ə T

Əvvəlcə məlumat verim ki, Nərimanov Rayon Məhkəməsinin hakimi Samir Məmmədovun Nərimanov Polis İdarəsində Əskərov Nazim Mahmud oğlu barəsində AR Cinayət Məcəlləsinin 178.3.2 maddəsi üzrə təzələnmiş cinayət işinə sifariş əsasında xitam verməsi barədə 11 noyabr 2017-ci il, saat 20-10 dəqiqədə rüşvət hesabına əsassız QƏRAR qəbul etmişdir. Belə ki, əvvəllər iş yoldaşım olmuş Nazim Əsgərov etimadımdan süi-istifadə edərək yaxın dostu və qohumu Famillə birlikdə Ekspressbankda girov qoyulmuş evimin sənədlərini baş etibarnamə əsasında götürüb və dərhal da (08 noyabr 2013-cü ildə) “Atabank” ASC-nin Xəzər filialınının müdiri ilə (Familin yaxın dostu olan)gizli sövdələşmələr apararaq mənim adımdan şəxsi məsələlər üçün istifadə etmək üçün 95000 manat pul götürərək Binəqədidədiki evimi yenidən banka girov qoymuşlar. Yəni Nazim qohumu Familə də etibarnamə verməklə mənim xəbərim olmadan mənə məxsus Sulutəpə qəsəbəsində 5 sot torpağın üstündə tikilmiş 2 mərtəbəli mülkümü qanunsuz olaraq Nərimanov rayonunda, H.Əliyev pros.91 ünvanda yerləşən “Atabank” ASC-nin Xəzər filialına illik 20 faiz olmaqla 48 ay müddətinə girov qoyaraq əvəzində aldıqları 95000 manat pulu mənimsəməklə mənə külli-miqdarda ziyan vurmuşlar. Sonradan mənə sənədlər əsasında məlum olmuşdur ki, 8 noyabr 2013-cü il tarixli Atabank”ASC-nin tərtib etdiyi İpoteka müqaviləsində mənim adımdan ipoteka qoyan etibarnamə əsasında mənim əvəzimə imzalayan Gözəlov Famil Qasım oğlu (Bakı ş., 4-cü Mk/rn, Ə.İsgəndərov küçəsi ,ev 3/1, mən 51-də yaşayan, Şəx.vəsiqəsi AZE N-06084954)olmuş, “Kredit alan” isə Nazim Əskərov( Bakı, 9Mk-rn, Cavadxan küç.ev.3, mən.42-də yaşayan, şəx.vəs.AZE N-08223781) Sonradan bankın Nazim Əskərovun adına göndərdiyi bildirişlərdən məlum olur ki, əsas borcdan, faiz borcundan ödəmələrin vaxtında edilməsi tələb edilir. Baxmayaraq ki, ipoteka müqaviləsi üzrə kredit götürən Nazim Əskərov bankın ödəniş cədvəlini şəxsən imzalayaraq öhdəlik götürmüşdür.Lakin mənim adımdan mülküm “Atabanka” ipotekaya qoyulan zaman qanunvericiliyin tələbilə mülk sahibi kimi mənim və oğlumun rəsmi razılığı olmadan külli-miqdarda pul götürüb bank müdiri, Famil və N.Əsgərov mənimsəmişlər. Bu gizli sövdələşməilə onlar qanunvericiliyin tələblərini kobud formada pozmuşlar.
Mənim mülkümün bu dəstə tərəfindən dələduzluq yoluilə banka girov qoyaraq əvəzində pul götürərərk mənimsəmələrindən yalnız 2014-cü ilin əvvəlində xəbər tutdum. Belə ki, “Atabankın”Xəzər filialının problemli kredit üzrə mütəxəssisi olan Elşən adlı əməkdaşı mənə zəng edərək bildirdi ki, kreditin vaxtı-vaxtında ödənilməsi lazımdır.Bugünə qədər krediti ödəməmisiniz. Dərhal “Atabank”ın 28 May-da yerləşən mərkəzi ofisinə gedib Elşənlə görüşüb işin nə yerdə olduğunu soruşdum. Bir daha qeyd etdi ki, 15 dekabr 2013-dən sonra aldığınız kredit üzrə ödəniş yoxdur. Mən dərhal Nazimə zəng edib niyə mənim icazəm olmadan belə hərəkət etməsinin səbəbini soruşdum. Və dərhal bankın borcunun tam ödənilərərk evimin girovluqdan azad edilməsini tələb etdim. Sonra Famillə görüşdüm. O da izah etdi ki, nə qədər pul götürmüşəmsə hamısını Nazimə vermişəm, mənlik bir iş yoxdur. Nazim isə mənə bildirdi ki, narahat olmayım, qoy oğlumu Rusiyaya aparıb müalicə etdirim (narkotikdən əziyyət çəkən böyük oğlunu)sonra qayıdıb gələn kimi bankın pulunu tam ödəyəcəyəm. Lakin Nazim mənim bank məsələsindən xəbər tutduğumu bilən kimi Rusiyaya qaçdı və geri qayıtmadı.Mən də dərhal onlara verdiyim etibarnaməni 2014-cü ilin martında ləğv etdirdim.
Mən Nazimin Rusiyadan qayıtmadığını görüb məqsədini anladım və 2015-ci ilin oktyabrında “Atabank” ASC-nin yerləşdiyi Nərimanov rayonu üzrə Polis İdarəsinə dələduz dəstə haqqında şikayət ərizəsi təqdim etdim. Nərimanov rayon Pİ-nin İstintaq Şöbəsinin müstəntiqi,polis kapitanı Elşən Zamanov fakt üzrə CM-nin 178.3.2-ci maddəsilə 150060444saylı cinayət işinin başlanması barədə 03 dekabr 2015-ci il tarixində qərar qəbul etmişdir.Lakin bu işin nəticəsi haqqında mənə bugünə kimi heç bir məlumat verilməmişdir.
Mən məcbur olub 2017-ci ilin fevralında onun arxasınca Rusiyaya getdim və görüşərək bank məsələsini tez bir zamanda yoluna qoymağı istədim. O yenə də söz verdi ki, bankın pulunu iki dəfəyə - bu ilin martında, qalan hissəsini isə avqust ayına qədər ödəyib qurtaracaqdır. Lakin yenə də o məni aldatdı, pulu ödəmədi. İkinci dəfə 2017-ci ilin avqustunda yenə onun dalınca Rusiyaya getdim, lakin onu tapa bilmədim. Bu müddət ərzində onunla telefon əlaqəsi saxlayarkən məni ölümlə hədlədi, dediki, bu işin arxasınca az düş, yoxsa səni məhv edərəm. Narkoman oğlu də mənim 6-cı sinifdə oxuyan oğluma zəng edərək hədləmişdir ki, səni özüm gəlib öldürümmü, yoxsa başqasını göndərimmi?.
Nazim 2014-cü ilin fevralından 2017-ci ilin sentyabrın 25-dək Rusiyada gizlənmiş və vəziyyətin sakitləşdiyini yəqin etdikdən sonra, yəni barəsində 2015-ci ildə açılmış cinayət işini “yoluna qoyduqdan” sonra bu ilin oktyabrında Azərbaycana qayıtmış və yaxın qohumlarının verdiyi məlumata görə hazırda doğma yurdu olan Gədədbəy rayonun Slavyanka kəndindəki 0,6 ha ərazidə inşa etdirdiyi əzəmətli imarətdə yaşayır və qonşu Qoşabulaq kəndində əvvəllər quraşdırdığı su sexində yenidənqurma işlərinə start vermiş, yeni kafe və yanacaqdoldurma məntəqəsi açmaqla məşğuldur.
Mən bu ilin oktyabrın 14-dən respublikanın direktiv orqanlarına əlimdəki sənədlərlə birlikdə dələduz N.M.Əsgərov barəsində çoxsaylı şikayətlər yazdım. Dələduz dəstənin qanun qarşısında cavab verməsi üçün etdiyim şikayətlər silsilə olaraq Azərbaycanda məşhur “Təzadlar”, “Bizim yol”qəzetlərində, “Dünya İnformasiya Agentliyinin və digər saytlarda dövlət başçısının və digər aidiyyatı qurumların və ictimaiyyətin diqqətinə çatdırıldı. 10 noyabr tarixli Ombudsman Aparatı sədrinin məktubunda, 30 noyabr tarixli DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi cənab Emil Usubovun imzaladığı rəsmi məktubda qeyd edilir: “ Müəyyən olmuşdur ki, mənzilinizin 2013-cü ilin oktyabr ayında Nazim Əskərov tərəfindən etibarnamə əsasında “Ata Bank” ASC-nin Xəzər filialına girov qoyularaq 95000 manat pulunuzu ələ keçirilməsi faktına görə Nərimanov Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə başlanmış cinayət işi üzrə hazırda göstərdiyiniz xüsusatlar və işin digər halları araşdırılmaqla istintaq davam etdirilir.”
Rəsmi məktublardan da göründüyü kimi təqdim etdiyim materiallar istintaq zamanı araşdırılmış və prokurorun göstərişilə Nazim Əskərovun gizləndiyi Gədəbəy rayonundan məcburi gətirilməsi tələb olunmuşdur. Lakin Gədəbəy Polis İdarəsinin aidiyyatı üzrə əməkdaşları Nazimin hazırda Gədəbəydə olmadığı, onun 3 il əvvəldən Rusiyaya qaçdığı barədə rəsmi məlumatlar vermişlər. Lakin Nərimanov Polis İdarəsinə Daxili İşlər Nazirliyinin bu məslə barədə verdiyi tapşırığa əsasən N.Əskərov barəsində axtarış elan olunmuş və 8 dekabr 2017-ci il tarixində onun tapılaraq saxlanması üçün operativ qrup Gədədbəy aryonuna ezam edilmişdir. Həmin gün axşam saatlarında N.əskərov gizləndiyi evdə aşkar olunaraq Bakı şəhərinə gətirilmişdir.
Nərimanov Rayon Pİ-də müstəntiq Cavid müəllim məni bir zərərçəkən şəxs kimi N.Əskərovla 10 dekabr 2017-ci il tarixində üzləşdirmişdir. Nazim üzləşmə zamanı da etiraf etmişdir ki, mənim adıma bankdan aldığı pulları özləri xərcləmişlər.Və o əsas arqument kimi evin onun əmlakı olmasını sübut etməyə çalışırdı. O zaman mən evin Azər Bədlov adlı şəxsin mülkiyyətində olduğunu və alqı-satqı ilə 2012-ci il tarixində almağım barədə yeni sənədi iş materiallarına əlavə etdim. Nazim isə gülür və çox arxayın danışırdı ki, onun bu işdə günahı yoxmuş.İstintaq zamanı onun dələduzluğu sübuta yetirilmiş və barəsində sərəncam verilməsi üçün 11 dekabr 2017-ci il, saat 15-də Nərimanov rayon Məhkəməsinə ittiham aktı verilmişdir. Məhkəmədə sədrlik edən hakim Samir Məmmədov prosesə axşam saat 16-da başlasa da naməlum səbəblərə görə vaxtı uzatmış və saat 20:10 dəqiqədə müavirə otağından qayıtdıqdan sonra Nazim Əskərovun təqsirsiz hesab edilməsi və cinayət işinə xitam verilməsi barədə əsassız Qərara qəbul etmişdir.
Hesab edirik ki, Prezident Apparatı, Baş Prokurorluq, Daxili İşlər Nazirliyinin və Ombudsman Aparatı rəsmilərinin gəldikləri vəistintaq zamanı qəbul etdikləri (CM-nin 178.3.2 maddəsi üzrə cinayət işinin başlanması barədə qərar)qəralara rəğmən, reallıqda həkim təhsili almış hakim S.Məmmədov sifarişin və aldığı rüşvətin müqabilində hesab etmişdir ki, zərəçəkmiş özü N.Əskərova mülkü etibarnamə verdiyinə görə başlanmışcinayət işi ləğv edilməlidir. Deməli, belə çıxır ki, iki aydır ki, DİN-də, Baş Prokurorluqda, Ombudsman Aparatında təcrübəli şəxslərin iş materiallarına daxil olmuş sənədləri araşdıraraq gəldikləri nəticə hakimin 1 saat ərzində gəldiyi nəticədən əsassız olmuşdur?Onu da xüsusilə qeyd edim ki, dünən, 10 dekabr 2017-ci il tarixində Nazim Əskərovun arvadı “ÇanaqQala” restoranını bağladaraq özünə ad günü keçirmiş və 11-də Nazimin məhkəmə zalından azad olacağını həm də bayram kimi qeyd etmişlər. Danışılan iş başqa necə olur?90 səhifəlik iş materiallarının heç yarıdan yarısını oxumağa macal tapmamış təcrübəsiz hakim S.Məmmədovun dərhal axşam saat 20:10-da qərar sifariş əsasında belə bir qərar qəbul etməsini Ədliyyə naziri cənab F.Məmmədov və Məhkəmə Hüquq Şürası yəqin ki, qanunvericiliyə necə uyğun olması barədə ictimaiyyətə açıqlama verəcəklər. Bəli, mən Nazimin arxasınca bu ilin fevralında Rusiyaya gedəndə o bildirmişdir ki, bu işin dalınca az düş. Pulumu verib qurtaracağam, səni də məhv edəcəyəm. Deməli dələduz düz deyirmiş.O pulunu verib azadlığa çıxdı. İndi qaldı ikinci məslə. Məni ailəvi məhv etmək. Onu da yəqin ki, bir neçə gündən sonra killer dostlarıilə həyata keçirəcəklər. O zaman məhkəmənin məsuliyyətsiz və rüşvətxor hakimi yenə də Nazimə bəraət verəcəkdir.
Cənab Prezident Biz hüquqi dövlətdə yaşayırıq. Ümidimiz yalnız Sizədir ki, “Hakim andına” ləkə gətirən Samir Məmmədov kimi hakimlərin qanuazidd fəaliyyətlərinin araşdırlmasına və qanunvericiliyə uyğun olaraq tədbir görülməsi barədə sərəncam verəsiniz.

Qoşma: 10 və 30 noyabr 2017-ci il tarixli rəsmi məktublar.

08.11.2013-cü il tarixli,İpoteka müqaviləsi, bank bildirişləri.17 vərəq.

N.Əskərovun imzaladığı bank ödəniş cədvəli 2 vərəq.

21.09.2015-ci il tarixli Binəqədi rayon məhkəməsinin qətnaməsi 9 vərəq,

Nərimanov Pİ-nin müstəntiqinin N.Əskərov barəsində başladığı 150060444 saylı, 03 dekabr 2015-ci il tarixli qərarın surəti 1 vərəq.

Hörmətlə, İfadə İsgəndərova. Mov. 070-884 32 34.

Tarix: 11 dekabr 2017-ci il.

xalqxeber.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.