SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Abutalıbov və gömrük “qara bayram” çadırları qurub – Qiymətlər

Abutalıbov və gömrük “qara bayram” çadırları qurub – Qiymətlər

Tarix:

8-12-2017, 13:54

/ 2 246 dəfə oxundu.
Abutalıbov və gömrük “qara bayram” çadırları qurub – Qiymətlər

Bakıda bir gündə onlarla çadırlar qurulub. Yox-yox, bu mağarlar xeyir-şər məclisləri üçün quraşdırılmayıb.

Reportaj hazırlayarkən öyrənirik ki, paytaxt ötən həftədən Yeni il yarmarkalarına start verib.

► Qiymətlər niyə qalxıb?

Şəhərin metrostansiyaları yaxınlığında yarmarkalar, mərkəzdə – Fəvvarələr meydanında isə ənənəvi olaraq “Soyuq əllər, isti ürək” adlı xeyriyyə yarmarkası açılıb.
Bu işləri Bakı meriyasının tabeliyində olan Şəhər Ticarət və Xidmət Departamenti təşkil edir. Artıq “28 May”, “Koroğlu”, “Neftçilər”, “Nərimanov” və digər stansiyaların çıxışlarında çadırlar qurulub.
Departmanent bildirir ki, yarmarkalarda qiymətlər bazar qiymətinə uyğun, bəzən aşağı olur. Elə biz də qiymətlərlə tanış olarkən deyilənlərin nə dərəcədə doğru olduğunu öyrənmişik.
Çadırlar qurulan keçən həftədən işləyən satıcılar deyirlər ki, əhalidə yarmarkalara əvvəlki maraq yoxdur. Bunun səbəbi isə insanların yoxsullaşmasından əlavə, qiymətlərin qalxmasıdır.
Onların sözlərinə görə, suvenerlər, yolkalar, müxtəlif oyuncaqlar xaricdən gətirilir deyə gömrükdə verilən rüsumlar bahalaşmaya səbəb olur.
Məsələn, keçən il 45-50 manata satılan yolka bu il 65 manatdan aşağı satılmır. Alıcılar da qiymətləri görəndə çadırlardan qaçırlar.
Valideynlər uşaqlarına almaq istədikləri oyuncaqların qiymətlərini də eşidəndə şoka düşürlər.
Kiçik ölçülü Şaxta baba heykəli 8-10 manatdan aşağı satılmır. Qız uşaqlarının sevimlisi olan kuklaların da ən sadəsi 6 manata satışdadır.
Yolkaya quraşdırılan oyuncaqların bir ədədi 50-80 qəpik və 1 manat civarındadır. Yarmarkalarda işləyənlər söyləyirlər ki, bahalaşma üzündən müştəri sayı kəskin azalıb.

► Gömrük oyuncaqların başına oyun açır

“Bir həftədir ki, səhərdən axşama qədər bu çadırın içindəyik. Heç işləmək sərf eləmir. Camaatı da qınamaq olmur. Qiymətlər qalxıb.
Məsələn, maqnitli şaxta baba suvenerləri var, çox vaxt soyuduculara yapışdırılır. Biz onu bu il 1 manat 50 qəpikdən ucuz sata bilmirik.
Çünki elə çadıra 1 manata gətirirlər. Elektrikli işıqlar və çılçıraqların qiyməti isə 5-10 manat arasında dəyişir.
Uşaqlar üçün Şaxta baba və Qar qız geyimlərinin qiyməti ölçülərinə görə 7-20 manat arasında dəyişir.
Üzərinə “2018 yazılmış qırmızı rəngli şaxta baba papaqlarının qiyməti 4-5 manatdır”, – deyə bizimlə söhbətində bayram çadırının satıcısı Vüqar belə deyir.
Onun dediyinə görə, satılan malların heç biri yerli istehsal deyil: “Əşi özümüz adi bir oyuncaq da buraxmırıq, onu da “kitay”dan alıb gətirirlər.
İstəsələr sexlərdə hazırlayarlar. Ona görə gömrükdən mal gəlib çıxana qədər özünüz bilirsiniz ki, həmin oyuncaqların başına nə oyun açırlar. Axırda olan bizə və alıcılara olur”.
Paradoksal mənzərə ondan ibarətdir ki, yarmarkalardakı tariflərlə marketlərdə, mağazalarda qiymətlər təqribə oxşardır.
Yəni, alıcıların metroların çıxışından bazarlıq etməsi ilə evlərinin yaxınlığındakı supermarketlərdən alış-veriş etməsinin ciddi fərqi yoxdur.
Sadəcə, çadırlar metro çıxışlarında qurulduğu üçün müştərilərin diqqətini cəlb edir. Bu yarmarkalar isə yanvarın 3-nə qədər fəaliyyət göstərəcək.

AzEuroNews.com

Şərhlər

XƏBƏR LENTİ