Bakıda Şaxta baba olmaq üçün müraciət edənlərin sayı açıqlandı
- 8-12-2017, 11:35
- 2 347
Bu barədə Trend-ə özəl açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.
Qurum rəsmisi bildirib ki, daxil olan müraciətlər araşdırılır: “Hələlik müraciətlərə cavab verilməyib. Yaxın günlərdə müraciətlərə baxılacaq. Şaxta baba və Qar qızın fəaliyyət göstərməsinə dekabrın 15-dən sonra icazə veriləcək”.
Ə.Bağırov əlavə edib ki, artıq paytaxt ərazisində parklarda və digər ərazilərdə Yeni il ağaclarının quraşdırılmasına da başlanılıb.