SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Taksi sürücüləri polisi görəndə qaçıb gizlənir, sonra da deyirlər ki, çörək pulu qazanırıq" - Vaqif Əsədov

"Taksi sürücüləri polisi görəndə qaçıb gizlənir, sonra da deyirlər ki, çörək pulu qazanırıq" - Vaqif Əsədov

Tarix:

2-12-2017, 14:45

/ 1 951 dəfə oxundu.
"Taksi sürücüləri polisi görəndə qaçıb gizlənir, sonra da deyirlər ki, çörək pulu qazanırıq" - Vaqif Əsədov

Son aylar Bakının bəsi metrostansiyaların çıxışında hökm sürən nəqliyyatın və sərnişinlərin sistemsiz hərəkəti, bəzi yerlərdə isə xaotik vəziyyətin yaranması mediada ciddi müzakirələrə səbəb olub. Belə ki, paytaxtın "Koroğlu", "Neftçilər", "Qara Qarayev", "20 yanvar" metrostansiyalarının çıxışında sıxlıq və xaotik vəziyyətin hökm sürməsi ilə bağlı mətbuatda silsilə yazılar yayımlanmaqdadır.
Məsələ ilə bağlı BiG.AZ-a açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov ilk öncə yol polis əməkdaşlarının rüşvət alma məsələsinə aydınlıq gətirib: "Taksi sürücüsü polisə nə verə bilər, 1-2 manat. Xırdalana və Sumqayıta gedən taksiləri yığsaq, 40-50 maşın edər. Həmin o 40-50 nəfər görün nə qədər pul verər və həmin vaxt yol polisləri risk edib o pulu ala bilərmi?
Bu cür söz söhbətlərə inanmıram, şayiədir. Hansısa sürücü rahat şəkildə hərəkət edib sonra da deyirsə ki, mən yol polisi ilə razılığa gəlmişəm, bu o demək deyil ki, o haqlıdır və düzünü deyir. Əgər elə bir hal baş verərsə, yaxud kimdəsə buna dair əsaslı faktlar varsa, təqdim etsin, dərhal da həmin əməkdaşlar cəzalandırılacaq. Əgər fakt yoxdursa, o zaman gecə- gündüz, qarda, yağışda xidmət edən, bizim yol hərəkəti təhlükəsizliyimizi təmin edən insanların haqqına girmək və onların nüfuzuna xələl gətirmək olmaz.

"Hər kəs öz vəzifəsini canla başla yerinə yetirməyə çalışmalıdır".

Vaqif Əsədov sözügedən ərazilərdə hərəkətin hansı qaydada tənzimləmək lazım olduğunu, bunun üçün vətəndaşların üzərinə hansı vəzifələr düşdüyünü qeyd edib: ""Koroğlu", "Neftçilər", "Qara Qarayev", "20 Yanvar" metrostansiyaları və s. kimi yerlərdə yol polisləri olmasa həmin ərazilərdə vəziyyət xaos olar. Taksi sürücüləri yol polisini görəndə qaçıb gizlənirlər, polis gedən kimi yenidən qayıdırlar. Adını da qoyurlar ki, çörək pulu qazanırıq. Kameralar var, hər yerdə çəkir. Biz Nəqliyyat Nazirliyi ilə də və digər qurumlarla da birgə işləyirik. İşimizdə müsbət göstəriciləri almaq üçün vətəndaşlar vəzifələrini bilməli və icra etməlidir.
Sumqayıtdan Bakıya, Bakıdan da Sumqayıta bilirsiniz də nə qədər qeyri-qanuni sərnişin daşıyan sürücülər var? Onları çəkmişik, çəzalandırmışıq və elə indi də edirik. Ancaq 10-15 nəfər tələbə danışır, gizlin hansısa binanın həyətində 1 telefon zəngi ilə sürücü gəlir. Sürücü də gəlir girir dalana, o 10-15 nəfəri yığır və çıxıb gedir. Buna necə nəzarət edək?

Bu cür hallar təkcə polisdən aslı deyil, eləcə də vətəndaşların şüurundan da asılıdır.

"Koroğlu" metrosu tərəfdə gecə vaxtı yaranan qarışıqlığı aradan qaldırmaq üçün günün qaranlıq vaxtı həmin əraziyə 3 polis əməkdaşı təhkim edilməlidir. Polis əməkdaşları olmadan biz öz hərəkətimizi tənzimləyə bilmirik. Mən özüm də o yolla gedib gəlirəm, elə maşın idarə edərkən o mənzərəni görərkən narahatçılıq hiss edirəm. Dayanacağı taksi sürücüləri tutur, avtobuslar həmin ərazilərdə dayana bilmirlər. Məcburən sərnişinlər də yola qaçırlar ki, avtobusa minsinlər.
Bizim dünyanın ən gözəl millət olduğunu sübut edən adət-ənənələrimiz var. Qadına, uşağa, yaşlıya, tanınmışa hörmət kimi müsbət xarakterlərimiz var. Bu cür humanist göstəricilərimiz olduğuna görə həmin hörmət pis səslənir. Bu səbəbdən bu cür məsələlərə "ikibaşlı" yanaşılır. Bəziləri deyir humanistlikdir, bəziləri isə əksinə".

Şərhlər

XƏBƏR LENTİ