SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Müdafiə Nazirliyindəki rütbəlilərin “kəlləsi vuruldu”- "Ordu deyil, bardaqdı..."

Müdafiə Nazirliyindəki rütbəlilərin “kəlləsi vuruldu”- "Ordu deyil, bardaqdı..."

Tarix:

1-12-2017, 11:59

/ 1 656 dəfə oxundu.
Müdafiə Nazirliyindəki rütbəlilərin “kəlləsi vuruldu”- "Ordu deyil, bardaqdı..."

Erməni yazar aprel savaşındakı ordularından yazdı: "Ordu deyil, bardaqdı..."
"Generalitet varlanır və cəmiyyətin nəzarətində olmaq ona sərf etmir. Rejimə 2018-ci ilin aprelində olacaq dəyişikliklər ərəfəsində döyüş hazırlığı yox, itaətkar ordu lazımdır”

A24.Az "Armenianreport.com” saytına istinadən xəbər verir bu barədə erməni yazar Tevos Arşakyanın Ermənistan ordusu və hərbi vəziyyət haqqında yazdığı məqaləsində qeyd olunub.

Erməni yazar bildirir ki, prezident Serj Sərkisyan televizyalarda çıxışı zamanı erməni ordusundan, onun gücündən danışmağı çox sevir:
"Nəzarətsiz hakimiyyətin bütün gözəlliklərindən dadan Sərkisyan bu illər ərzində sadəcə elementar yığımla məşğul olub. Bununla da o, ordunu bəslədiyi generalların insafına verib. Əvvəlcə bu iş üçün rəhbərliyi dəstəkçisi Seyran Ohanyana, sonra isə ona sadiq olan Vigen Sərkisyana tapşırıb. Təbii ki, nəticə özünü uzun müddət gözlətmədi. Hər şey keçən ilin aprelində başladı. O zaman azərbaycanlılar qəfil zərbə nəticəsində Qarabağın bir sıra ərazilərin geniş sahələrini tutmağı bacardı. Aprel fiaskosundan sonra hökumət müəyyən nəticələr çıxardı, Müdafiə Nazirliyindəki bir sıra hərbçi və rütbəlilərin buraxdıqları səhvə və oğurluqlara görə "kəlləsi vuruldu”.
Xalqın narazılığını aşağı salmaq üçün Sərkisyan hətta Ohanyanla da ayrılmalı oldu. Lakin erməni ordusunun vəziyyəti ilə bağlı keçən il dəhşətli həqiqətləri ortaya çıxarmağımıza baxmayaraq, biz hələ də ordunun parçalanma səviyyəsini tam anlamırdıq. Bu o demək deyil ki, bunu generallar və hökumət tərəfindən ordunun məhv olunmasını sakit şəkildə izləməyəcək peşəkar hərbçilər də anlamırdı. Bizim hamımız üçün yenilik, həm də erməni kəşfiyyat-diversiya bölüyünün əsasını qoyan şəxs – Vova Vardanovun bir müddət öncə mətbuata dedikləri oldu. Onun sözlərinə görə, ordudakı ölümlərin yarısı hərbçilərin silahla ehtiyatsız davranmağın nəticəsidir. Vardanov bildirib ki, aprel döyüşləri zamanı düşmən maneəsiz şəkildə böyük qrupla birgə bizim arxamıza keçməyi bacarıb. Əsl döyüşçüyə, peşəkar kəşfiyyatçıya inanmamaq üçün bizim heç bir əsasımız yoxdur. Onun hər sözündə bizim ordunun, gənc uşaqların ağrıları hiss olunur, hansı ki, düşmənin fəaliyyəti ucbatından yox, ordunu sadəcə yemləmə məkanına çevirmiş komandirlərin diqqətsizliyinə görə həlak olurlar. Nəticədə ordu bizim postların burnunun ucunda mühəndis fəaliyyəti apararaq, əraziləri minalardan təmizləyən azərbaycanlıların hücumu zamanı sadəcə yatmışdı. Axı düşmən görünməz papaqla işləmirdi. Bəs ordunun kəşfiyyatı hara baxırdı? İstehkam qüvvələri nə ilə məşğul olurdu? Nəhayət ki, hərbi əks-kəşfiyyatçılar harada idi? Belə çıxır ki, azərbaycanlılar rahatlıqla minalı əraziləri təmizləyib, bizim mövqelərimizə arxadan zərbə endiriblər, amma bizdən bunu heç kim müəyyən edə bilməyib? Böyük ehtimalla da belə olub.
Bəs nəyə görə belə olub? Ona görə ki, zabitlər yalnız varlanmaq, əsgərlər isə ordunun qarət olunduğunu görərək düşmənin mümkün hücumu haqqında yox, nə zaman tərxis olunacaqları barədə düşünürlər. Vova Vardanyan tərəfindən deyilənlər növbəti dəfə bizə göstərir ki, bizim orduda elementar özbaşınalıq hökm sürür. Situasiya dərinləşir və ictimaiyyətin ordu üzərində tam nəzarəti olmadan, o, hüquq müdafiəçiləri tərəfindən yoxlamalar üçün tam qapalı olacaq. Generalitet varlanır və ictimaiyyət tərəfindən nəzarət ona lazım deyil. Bununla belə rütbəli insanlar həm də mövcud dövlət strukturları tərəfindən olan yoxlamalardan da qorxmurlar. Yaxın zamanlarda keçən ilki kimi qaçdı-qovdu olmayacaq. Ona görə ki, rejimə 2018-ci ilin apreli ərəfəsində döyüşkən yox, itaətkar ordu lazımdır. Bu da o deməkdir, 2016-cı ilin aprelindən heç bir nəticə çıxarılmayıb. Düşmənin istənilən istiqamətdə müdaxiləsini görə bilərik. Bu isə müdaxilə yox, daha çox rəqibin korrupsiya ilə parçalanmış ordunun arxasına təhlükəsiz gəzintisi olacaq”.

A24.Az

Şərhlər

XƏBƏR LENTİ