“Ya mənimlə sevgili ol, ya da...” - 22 yaşlı gənc özünü öldürmək istədi
Sumqayıt şəhərində 22 yaşlı oğlan sevdiyi qıza görə özünü öldürmək istəyib.
Şəhərin Tağıyev qəsəbəsində yaşayan 1995-ci il təvəllüdlü Elxan Həmidli özünə bıçaqla xəsarət yetirib.
O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qarın nahiyəsindən iki bıçaq xəsarəti alan Elxan Həmidli əməliyyat olunub, vəziyyətinin ağır olduğu bildirilir.
Məlum olub ki, Elxan Həmidli noyabrın 28-də günorta saatlarında sevdiyi qızla mübahisə edib. Qız Elxanı sevmədiyini, onunla ailə qurmaq istəmədiyini deyib.
Elxan Həmidli də qayıdıb ki, əgər mənimlə sevgili olmasan, özümü öldürəcəm. Qız hədələrə əhəmiyyət verməyib. Evə gələn Elxan bıçaqla özünə xəsarət yetirib. Ailə üzvləri onu qan içində aşkarlayıb və təcili xəstəxanaya çatdırıblar.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...