Xaləddin İsgəndərov YAP-ın binasını satdı: 750 min manata - Fotolar
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının 2000-ci ildə 8-ci mikrorayon ərazisində tikilmiş inzibati binasını satıb
Bu barədə Binəqədi Rayon İcra Hakimiyyətindəki mənbə məlumat verilib.
Əldə etdiyimiz informasiyada qeyd olunur ki, YAP Binəqədi rayon təşkilatının köhnə binasında yerləşən Binəqədi rayon Ağsaqqallar Şurası və Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şura artıq rayonun Mədəniyyət və İstirahət parkının ərazisində inşa olunmuş YAP Binəqədi rayon təşkilatının yeni inzibati binasına köçürülüb.
Nəzərinizə çatdıraq ki, YAP Binəqədi rayon təşkilatının 8-ci mikrorayon ərazisində tikilmiş inzibati binası adəçəkilən partiyanın ilk qərargahlarındandır. Binanın açılış mərasimində Milli Məclisin mərhum spikeri Murtuz Ələsgərov özü iştirak edib.
Sonda onu da qeyd edək ki, verilən məlumatlarda qərargahın ərazisinin 15 sota yaxın olduğu və 1 sotunun 50 min manata satıldığı deyilir.
Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Gununsesi.info


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...