Kişinin peşman olduğunu göstərən 3 ƏLAMƏT
Ağızdan bir anda çıxan sözlər, əsəblə yazılan mesaj və ya arxasınca çırpılan qapılar... Ayrılıq bir anda gələ bilər. İnsan elə əsəbiləşər ki, hər şey bitdi deyər. Qadınlar ayrılmaq istədiyini bildirib, buna peşman olduqlarında “elə demək istəmirdim” deyə bilərlər. Ancaq kişilər üçün bu, hər zaman asan olmaya bilər. Bəs kişilər peşman olduqlarını necə bəlli edir? Kişilərin peşman olduğunu göstərən əlamətləri təqdim edirik.
Dost-tanışlarınızla danışmağa calışırsa...
Bir kişi üçün həqiqətən bitmiş olması mövzunun bağlanması deməkdir. Əgər sizin sayənizdə tanıdığı insanlarla təsadüfən qarşılaşdığında onlarla danışırsa, bu, mədəniyyət xatirinə olur. Amma sizinlə sevgili olduğu zaman elə də səmimi olmadığı və danışmadığı həmin adamları özü axtarır və görüşmək istədiyini bildirirsə, bəlkə də səbəb sizsiniz.
Sosial mediada sizi izləyirsə...
Ayrıldığınız sevgiliniz sizi izlədiyini anlamanıza fürsət verəcək qədər izləyirsə, peşman ola bilər. İkinizin arasında özəl olan bəzi mesajlar paylaşması, normaldan daha çox sosial mediadan istifadə etməsi sizinlə əlaqə yaratmaq anlamına gələ bilər.
Sərxoşluğu bəhanə edirsə...
Siz heç sərxoş ikən anasını söyən kişi görmüsüz? “Sərxoş idim, xatırlamıram, aaa mən sənə nələr demişəm?!” fikirləri yalan deyil. Sadəcə alt şüurun bayıra vurması ilə gerçəklərin dilə gətirilməsidir. Keçmiş sevgiliniz gecənin bir yarısı duyğusal mesajlar yazırsa, ən böyük siqnalları verir deməkdir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək