SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Nərimanov rayonunda Şən və Hazırcavablar Klubu üzrə “Payız Kuboku” keçirilib

Nərimanov rayonunda Şən və Hazırcavablar Klubu üzrə “Payız Kuboku” keçirilib

Tarix:

17-11-2017, 13:34

/ 1 925 dəfə oxundu.
Nərimanov rayonunda Şən və Hazırcavablar Klubu üzrə “Payız Kuboku” keçirilib

Noyabrın 15-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə R.Behbudov adına mahnı teatrında “17 noyabr – Beynəlxalq Tələbə Günü” münasibəti ilə rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında Şən və Hazırcavablar Klubu üzrə “Payız Kuboku” keçirilib
Turnirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin məsul əməkdaşları Zamin Əhmədov və Samir Kazımov, münsiflər heyəti aktrisa Günel Məmmədova, rejissor Ramin Hacıyev, rəqqasə Aydan Kamilova, “Çıraq” studiyanın direktoru İsmayıl İsmayılov, prodüsser Gülnar Hətəmova, aktrisa Aytən Hacıyeva, Nərimanov rayonunda fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının sədrləri və fəal üzvləri iştirak etmişlər.
Turnirin açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov çıxış edərək tədbir iştirakçılarını salamladılar, qarşıdan gələn “17 noyabr – Beynəlxalq Tələbə Günü” münasibətilə təbrik etdilər və komandalara uğurlar arzuladılar.
Qeyd edək ki, turnirdə 9 ali və orta ixtisas təhsil müəssisələrinin (Azərbaycan Turizm və Menecment Universitetinin, Azərbaycan Kooperasiya Universitetinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Azərbaycan Dillər Universitetinin, “Odlar Yurdu” Universitetinin, Azərbaycan Pedaqoji Universitetinin, “Təfəkkür” Universitetinin, Bakı İdarəetmə və Texnologiya Kollecinin və Bakı Humanitar Kollecinin) komandaları mübarizə aparmışdır.
Gərgin mübarizə nəticəsində I yeri Azərbaycan Turizm və Menecment Universitetinin, II yeri Azərbaycan Kooperasiya Universitetinin, III yeri isə Azərbaycan Dillər Universitetinin komandaları tutmuşlar.
Qalib komandalar təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom, medal və kuboklar ilə təltif olunmuşlar.
Nərimanov rayonunda Şən və Hazırcavablar Klubu üzrə “Payız Kuboku” keçirilib
Nərimanov rayonunda Şən və Hazırcavablar Klubu üzrə “Payız Kuboku” keçirilib
Nərimanov rayonunda Şən və Hazırcavablar Klubu üzrə “Payız Kuboku” keçirilib
Nərimanov rayonunda Şən və Hazırcavablar Klubu üzrə “Payız Kuboku” keçirilib

Şərhlər

XƏBƏR LENTİ