Bu gün Zabil Müqabiloğlunun doğum günüdür
Bu gün mərhum əməkdaşımız Zabil Müqabiloğlunun doğum günüdür. Onu vaxtsız itirməsəydik, bu gün 40 yaşı tamam olacaqdı Zabilin
Nəyə görəsə "40 yaşı qeyd etməzlər" deyirlər. Amma Zabil 40 yaşını qeyd edəcəkdi. Onun üçün bütün əlamətdar təqvim günləri məclis qurmaq üçün bəhanəydi. Məclis, söhbət, ünsiyyət adamıydı Zabil.
Biz onu vaxtsız itirdik. Qoruya bilmədik. Bəzən israr etmək lazım idi, edə bilmədik, xətrinə dəymədik. İndi xatirə yazısı yazmaqdansa, bəlkə də onun xətrinə dəymək lazım idi.
İndi oturub onun şəkillərinə baxırıq. Bir məşhur mahnıda deyildiyi kimi, "şəkillərdən baxışın səni əvəz eləmir", Zabil.
***
Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Bakı Asiya Universitetinin jurnalistika fakültəsini bitirib. 1996-1998-ci illərdə hərbi xidmətdə olub. 1998-ci ildə mətbuata gəlib. "525-ci qəzet", "Avropa", "Tərcüman" qəzetlərində, "Yeni Müsavat" jurnalında çalışıb. Gunxeber.com saytının baş redaktoru olub.
26 fevral 2017-ci il tarixdə uzun sürən xəstəlikdən sonra vəfat edib. Bir oğlu var.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...