SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Cahangir Əsgərov erməni yeməyi verən “Aeroflot”a hələ də göz yumur? - Detallar/Video

Cahangir Əsgərov erməni yeməyi verən “Aeroflot”a hələ də göz yumur? - Detallar/Video

Tarix:

13-11-2017, 10:13

/ 38 583 dəfə oxundu.
Cahangir Əsgərov erməni yeməyi verən “Aeroflot”a hələ də göz yumur? - Detallar/Video

Ötən həftənin sonu yayılan video ciddi narahatlıq doğurmaya bilməzdi
Söhbət Moskva-Bakı reysi ilə uçan təyyarədə verilən qidanın azərbaycanlı sərnişin tərəfindən narazılıqla qarşılanmasından gedir.
Narazılıq sərnişinlərə erməni yeməyinin təqdim olunmasından qaynaqlanıb.
Video görüntülərdə də sərnişin təkidlə stüardessadan bunun səbəbini soruşub. Stüardessa isə sərnişindən məsələni təyyarə kapitanı ilə aydınlaşdırmağı təklif edib.
Məlum olub ki, həmin aviaşirkət “Aeroflot”dur. Bu şirkət Moskva-Bakı təyyarəsində uçanlara erməni yeməyi təklif edir.
Bu skandalla bağlı şirkətdən heç bir açıqlama gəlməyib. Demə, daha əvvəl də bu problemlər yaşanıb. İstənilən şirkət öz müştərilərinin istəklərini nəzərə almağa borcludur.
AZAL-ın Moskvadakı nümayəndəsi Rahib İsayev demişdi ki, "Aeroflot"un Moskva-Bakı reysinin menyusunda "ermənisayağı hinduşka" yeməyinin təklif olunması qəsdən edilən səhv deyil.
"Çox güman ki, rasion tərtib edilərkən yanlışlığa yol verilib. Aviaşirkət sərnişinlərin istəklərini nəzərə almaya və onların milli hissləri ilə oynaya bilməz.
Məsələn, AZAL-ın reyslərində uçuş istiqamətləri və ilin fəsillərindən asılı olaraq, müxtəlif qidalar var, o cümlədən faydalı və pəhriz qidaları”, - deyə R.İsayev deyib.
O, həmçinin bildirmişdi ki, tezliklə AZAL səhvi düzəltmək xahişi ilə "Aeroflot"a müraciət edəcək.
"Aeroflot"un Moskva-Bakı reysi sərnişinlərindən birinin məlumatı və çəkdiyi video AZAL rəhbərliyinin diqqətinə çatdırılıb.
Yaxın vaxtlarda, yəqin ki, müvafiq sorğu göndəriləcək. Biz bu məsələni nəzarət altında saxlayacağıq.
Bu açıqlamadan bir neçə ay keçir və nə “Aeroflot” menyusuna düzəliş edib, nə də AZAL tədbir görür.
Cahangir Əsgərovun sərnişinlərə erməni yeməyi yedizdirən şirkətə göz yummasından nə məqsədi var anlaşılan deyil. AZAL prezidenti iyun ayından lazımi tədbirlər görməliydi.
Görünür ki, C.Əsgərovu məsələ narahat etmir. “Aeroflot” şirkətinin idarəçiləri arasında erməni əsilli şəxslərin olduğu da istisna deyil.
Əks halda iyundan bəri bu vəziyyət davam edə bilməzdi. Əgər texniki xətaydısa təkrarlanmazdı.
Lakin düşmən ölkənin yeməyi azərbaycanlı sərnişinlərə verilir, milli hisslərinə toxunur. Hələ qidaların zəhərli, zərərli olub-olmadığı da məlum deyil.
AZAL isə ölkənin hava məkanına nəzarət etməklə bərabər aviaşirkətlərin fəaliyyətinə də diqqət yetirməlidir. C.Əsgərov isə inhisarçı siyasətini yürütməklə paralel etinasızlıq nümayiş etdirir.
Bu da təsadüfi deyil. 2015-ci ildə AzPolitika.info-nun yaydığı məlumata görə, bu şirkətdə də əsas vəzifələrdə çalışanların əksəriyyəti qeyri-azərbaycanlıdır.
Şirkətin direktoru vəzifəsinı milliyətcə ləzgi olan Teymur Namiq oğlu Məmmədov tutsa da (Mənbə bu şəxsin qeyri-rəsmi milyonçu olduğunu, xaricdə və Azərbaycanda daşınmaz əmlakları – Praqada evi, Bakıda “Metro-Park”-da mağazaları, Şüvəlanda villası və sairə olduğunu qeyd edir), kadrlar şəxsən Əsgərovun özü tərəfindən toplanır.
Məsələn, Livan əsilli Vadia Semaanın “SKY Catering”in baş aşbazı vəzifəsinə məhz Əsgərov tərəfindən təyin olunduğu bildirilir.
Şirkətin yaydığı məlumatda Vadia Semaanın böyük iş təcrübəsi olduğu, Bakıya gəlməzdən əvvəl Livanın, İraqın, Banqladeşin, Rumıniyanın aviaşirkətlərində çalışdığı, Roma Papasının Azərbaycana səfəri zamanı ona yüksək səviyyədə xidmət etməsi xüsusilə qeyd edilsə də, milliyəti haqda heç bir məlumat verilmir.
Daxil olan məlumatlar göstərir ki, bu heç də təsadüfi deyil. Şirkətdəki qaynağın israrlı iddiasına görə, Vadia Semaan Livan əsilli ermənidir! Bu məlumatın ciddi araşdırılmasına ehtiyac var.
Lakin təəsüf ki, bizim belə bir imkanımız yoxdur. Bunu müvafiq dövlət orqanları etməlidir.
Əgər bu məlumat doğrudursa, AZAL rəhbərinin Bakıdakı şirkətinin baş aşpazlığını erməniyə tapşıracaq qədər irəli getməsi heyrət doğurur

Şərhlər

XƏBƏR LENTİ