Metroda bunu etməyin: - 30 manat cərimələnə bilərsiz
Bakı metrosunda platformaya və qatarların relsinə tullantı atanları 30 manat cərimə gözləyir.
Bu sözləri Bakı Metropoliten QSC-nin mətbuat katibi Nəsimi Paşayev Speys TV-də yayımlanan “Olar? Olmaz?!” verilişində deyib.
Onun sözlərinə görə, hər hansı məişət əşyası, zibil metronun ərazisinə atıldığı halda sanksiya tətbiq olunur.
İnzibati Xətalar Məcəlləsinin 140-1-ci maddəsində Metropolitendən istifadə qaydalarının pozulması ilə bağlı cərimələr əksini tapır. Lakin qanunlar cəmiyyətdə yetərincə təbliğ edilmədiyi üçün əksəriyyətin bundan xəbəri yoxdur.
140-1.2. Eskalatordan sürahinin üstünə əşya qoymağa görə - 15 manat miqdarında cərimə edilir.
140-1.3. Dəmir yoluna hər hansı əşya atmağa görə - 30 manat miqdarında cərimə edilir.
Bəzi sərnişinlər var ki, vaqondan düşüb eskalatora minən kimi siqareti yandırır. Lakin bu, qanun pozuntusudur.
Ümumiyyətlə, «M» hərfi yazılan yerdən daxil olduqda metro ərazisi sayılır və sərnişinlər qanunla üzərlərinə düşən vəzifələri icra etməlidirlər.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...