XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Ayaz Mütəllibov eks-prezidentlərə ayrılan xərclər haqda: - “Min şükür...”

Ayaz Mütəllibov eks-prezidentlərə ayrılan xərclər haqda: - “Min şükür...”

Ayaz Mütəllibov eks-prezidentlərə ayrılan xərclər haqda: - “Min şükür...”
3-11-2017, 16:20

2018-ci il dövlət büdcəsindən “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminat xərcləri” üzrə 304,891 manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu barədə “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.
Bu vəsait, 2017-ci illə müqayisədə 1873 manat çoxdur.

Qeyd edək ki, “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya Qanununa əsasən, Azərbaycanın keçmiş Prezidentinə fəaliyyətdə olan Prezidentin aylıq vəzifə maaşının 50%-i məbləğində aylıq pensiya, vəfat etmiş Prezidentin ailə üzvünə isə həmin aylıq pensiya məbləğindən 50%-i məbləğində müavinət ödənilir.
Bundan əlavə, keçmiş Prezidentə nəqliyyat vasitəsi, sürücü, təhlükəsizlik heyəti təminatları və fəaliyyətdə olan Prezidentin aylıq vəzifə maaşının 20%-i məbləğində təmsilçilik xərcləri də nəzərdə tutulub.

Eks-prezidentlərin ailələri 2018-ci ilin dövlət büdcəsindən ayrılacaq xərclərin artırılmasını müsbət qarşılayıblar.

Eks-prezident Ayaz Mütəllibov Modern.az-a açıqlamasında məsələdən xəbərsiz olduğunu deyib.

“Bu haqda məlumatım yoxdur. Biz təvazokar həyat tərzi sürürük. Ona görə də verilən vəsait bizi qane edir. Buna da min şükür. Allah işlərini avand etsin ki, eks-prezidentlərlə bağlı məsələyə belə diqqət göstərərlər”.

Mərhum eks- prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev də bunun yaxşı xəbər olduğunu vurğulayıb:

“Hər halda yaxşı xəbərdir. Amma düşünürəm ki, həyatda hər şey pulla ölçülmür. Yenə də sağ olsunlar. Aldığımız vəsaitin bizi tam təmin etməsinə gəlincə, hələ ki, evimizi təmir elətdiririk. Təmir bitəndən sonra yaxşı olar”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.