Heydər Əliyevin verdiyi "Xalq şairi" medalı satılır - 200 manata - FOTO
Azərbaycanın mərhum xalq şairi Cabir Novruzun medalı satılır.
Ona verilən xalq şairi medalı sosial şəbəkə vasitəsi ilə auksiona çıxarılıb.
Auksionda başlanğıc qiyməti olaraq 200 manat göstərilib.
Qeyd edək ki, Cabir Novruz 1999-cu ildə Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin fərmanı ilə xalq şairi adı ilə təltif olunub. Görkəmli şairə təqdim edilən medalın vəsiqəsində də məhz Heydər Əliyevin imzası var.
Onu da qeyd edək ki, sağlığında əməkdar incəsənət xadimi, xalq şairi fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülən Cabir Novruz 2002-ci ildə vəfat edib. O, vaxtı ilə Azərbaycan Milli Məclisinin deputatı seçilmiş, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuşdur.
Yenicag.az


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək