Bakıda biznesmen qonşusunu ölümlə hədələdi - ""PORSCHE" İLƏ ÜSTÜNDƏN KEÇƏRƏM"
Paytaxtda xuliqanlıq hadisəsi baş verib.
Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən çoxmərtəbəli binanın zirzəmisindəki qarajda, həmin ünvanda yaşayan Orxan Əhədovla Rəşad Məmmədov arasında münaqişə baş verib. Bu zaman O.Əhədov Rəşadı döyərək xuliqanlıq edib.
Yüngül bədən xəsarəti alan R.Məmmədov şikayət ərizəsi ilə polisə müraciət edib. Şikayətçi bildirib ki, Orxan Əhədov onu “Porsche” markalı avtomobillə tapdalayacağı ilə hədələyib.
Qeyd edək ki, hadisədə adı hallanan Orxan Əhədov iş adamıdır və “Grand” MMC-nin rəhbəridir.
Onu da qeyd edək ki, hadisə bir neçə gün əvvəl baş versə də, polis əməkdaşlarının zənglərinə baxmayaraq O.Əhədov məsələ barəsində izahat verməkdən boyun qaçırıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək