SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » `Gedin Ailəlikcə pambıq yığın, 60 manat qazanın` – Millət vəkilindən kişilərə İTTİHAM

`Gedin Ailəlikcə pambıq yığın, 60 manat qazanın` – Millət vəkilindən kişilərə İTTİHAM

Tarix:

27-10-2017, 13:28

/ 113 409 dəfə oxundu.
`Gedin Ailəlikcə pambıq yığın, 60 manat qazanın` – Millət vəkilindən kişilərə İTTİHAM

"Qadınlar ailə büdcəsinin idarəedilməsində kişilərə nisbətən daha çox həssasdırlar. Evdəki məsələləri kişilərə nisbətən qadınlar daha yaxşı bilirlər. "

Məlumata görə, bu sözləri İctimai TV-də yayımlanan "Ortaq məxrəc” verilişində çıxışı zamanı Milli Məclisin deputatı Tahir Rzayev deyib. T. Rzayev qadınların ailə büdcəsinin səmərəli xərclənməsində rollarının daha böyük olduğunu bildirib:

"Elə qadın var ki, kişiyə nisbətən alınacaq məhsulun daha ucuzunu axtarıb tapır. Bəzi kişilər isə qadınlara ev təsərrüfatını idarə etməyə icazə vermirlər. Özləri bunu edirlər. Qadınlar daha qənaətcildirlər. Biz izafi çox pul xərcləyirik. Elə ailələr var ki, ailəsini dolandırmaq əvəzinə əlində olan böyük vəsaiti maşına verir. Halbuki bunun aldığı 70-80 minlik maşın bu ailəni bir neçə il dolandıra bilər. Bəzi adamlar var ərzaqdan kəsib, bahalı 2000-3000 manatlıq kostyum alırlar. Çölə çıxanda desinlər ki, bu kişinin yaxşı kostyumu var. Bizdə təkəbbürlülük var, özünü kiməsə göstərmək var. Bir də görürsən ki, bir nəfər ailəsinin büdcəsini götürdü 5 nəfərə qonaqlıq verdi. 200-300 manat xərclədi, evə gəlir cibində heç nə yoxdur.

Millət vəkili bəzi insanların işləmək istəmədiyini də sözlərinə əlavə edib: "Digər bir məsələ pambıq əkir, amma yığmaq istəmir. İş adamının özü də təkəbbürlüdür. Hava soyuqdur. Mənim yoldaşım gedib pambıq yığacaq? Axı bu pambığı əkmisən. Hər ailə üzvü çıxıb 100 kq pambıq yığsa, ailədə 4 nəfər varsa bu hardasa 400 kq pambıq edir. Bu isə 50-60 manat pul edir. Bir gündə ailəyə 60 manat gəlirsə bu ailə büdcəsinə xeyir deyilmi? Oturub evdə heç kim çıxıb eləmir."

Unikal.org

Şərhlər

XƏBƏR LENTİ