XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Baş Dövlət Yol Polisi İdarəsində jurnalistdən rüşvət aldılar- 300 manat

Baş Dövlət Yol Polisi İdarəsində jurnalistdən rüşvət aldılar- 300 manat

Baş Dövlət Yol Polisi İdarəsində jurnalistdən rüşvət aldılar- 300 manat
18-10-2017, 16:07

Jurnalist Ramin Məhəmmədoğlu Baş Dövlət Yol Polisi İdarəsində rüşvətlə üzləşib.

Bu barədə AFN-ə o özü məlumat verib. Bildirib ki, yaxın qohumu lizinqlə avtomobil götürüb. Həmin avtomobil üzrə ödəniş başa çatdığı üçün DYP-dən yeni nömrə almaqla öz adına keçirmək istəyib: "Mən Baş Dövlət Yol Polisinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevdən xahiş etmişdim ki, bizi ora tapşırsın və o da sağ olsun, xahişimi yerinə yetirmişdi. Lakin qurumun binasında 6-cı otaqda əyləşən Afiyəddin adlı dövlət avtomobil müfəttişi, polis mayoru bizdən 300 manat rüşvət aldı. Təsəvvür edin, biz ora tapşırıqsız getsəydik nə qədər alardılar. Mən üzümü tuturam DYP rəisi Ramiz Zeynalova: budurmu sizin "rüşvət yoxdur" açıqlamalarınızın nəticəsi? Hələ də rəhbərlik etdiyiniz qurumda vətəndaşlara qarşı soyğunçuluq davam edir, açıq rüşvət bazarlığı gedir baş ofisinizdə, otaqlarınız nömrələri ilə məşhurlaşıb. Hər proses bir otaqda reallaşır, hamısı da rüşvətlə, qeyri-qanuni ödənişlərlə. Bütün bunlar nə vaxt dayanacaq? Müfəttişləriniz rüşvətə o qədər öyrəşiblər ki, hətta sizin yanınızda olan adamın sözünü də, medianı da nəzərə almırlar, qeyri-qanuni ödəniş alırlar. Bunlara dur deməsəniz, sonunuc çox tezliklə gələcək, Ramiz Zeynalov!"

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.