SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » MTN, İran, saxta diplom, hərbidən yayınma... Emissarlarını itirən deputatın dosyesi

MTN, İran, saxta diplom, hərbidən yayınma... Emissarlarını itirən deputatın dosyesi

Tarix:

17-10-2017, 23:47

/ 1 262 dəfə oxundu.
MTN, İran, saxta diplom, hərbidən yayınma... Emissarlarını itirən deputatın dosyesi

Masallının biznesmen deputatı, parlamentdə səsi eşidilməyən Nəriman Əliyev ağır “itki” ilə üzləşib
Sızan xəbərlərə görə, millət vəkilinin media emissarları əlindən çıxıb.
N.Əliyevlə mətbuatda onu “hifz” edən qüvvələrin əlaqəsi korlanıb. Nəticədə deputat yenidən meydanda “təklənib”.
Çünki indiyə qədər media emissarları onun barəsindəki ifşaedici materialların ört-basdır edilməsi üçün çalışırdılar. Amma dostlarına dönük çıxan deputat onların etdiyi yaxşılıqları unudaraq münasibətləri pisləşdirib.
Odur ki, N.Əliyevin olmayan fəaliyyəti təzədən aktuallaşıb. Masallıda iş adamlarının, seçicilərin üzünü görmədiyi deputatın haqqında olmazın ittihamlar tirajlanır. O, bu günə kimi faktların üzərindən sükutla keçərək özünü bilməməzliyə vururdu.
Söhbət hərbi xidmətdə olmaması, diplomunun saxta olması, rayonun icra başçısı Rafil Hüseynovla və həmkarı Elmira Axundova ilə əlaqələrinin yaxşı olmaması, “Ştutqart” mağazalar şəbəkəsi və digər biznesi haqda yazılanlardan gedir.
Xəbərlərə görə, bu N.Əliyevin sonuncu parlament çağırışıdır. 2020-ci ildə Milli Məclisdə reputasiyası zədəli, adı müxtəlif işlərdə çəkilmiş şəxslər olmayacaq.
Hakimiyyətin siyasətinə də xələl gətirən həmin deputatlar 5 il ərzində nə seçicilərlə işləyir, nə vətəndaşların müraciətinə baxır, nə parlamentdə hansısa layihənin müzakirəsinə qoşulur. Dünya dəyişir, parlamentdə fəal, siyasi bilikləri olan deputatlar vacibdir.
Media üzərindən araşdırmalar zamanı məlum oldu ki, Nəriman Əliyev 2004-cü ildən “Ştutqart” mağazalar şəbəkəsini yaradıb.
Mağazalar şəbəkəsinə rəsmi rəhbərliyi Nəriman Əliyevin bacısı oğlu Əfqan Abdullayev həyata keçirir.
“Ştutqart”dan başqa deputat İran məhsullarının Azərbaycanda satışını da həyata keçirir. Bu biznesə Nəriman Əliyevin qardaşı Azad Əliyev nəzarət edir. Nəriman Əliyevi daha çox İranla yaxşı ticarət əlaqələri olan oliqarx kimi tanıyırlar.
Masallı rayonunda “Könhə bazar” kimi tanınan bazarda da pay sahibi olan Nəriman Əliyevin deputatlığa açılan yolu da biznesdən və MTN-dən keçib.
Sayt yazıb ki, Eldar Mahmudovun rəhbərlik etdiyi bandanın hədəfinə düşən Nəriman Əliyev qısa müddətdə “verbovka” olunur və sabiq MTN şefi üçün işləməyə başlayır.
İddialara görə İranla biznes əlaqələrində “ilişən” iş adamı MTN-nin təcridxanasına gətizdirilib və bundan sonra MTN şefinin şərtlərini qəbul edən Nəriman Əliyev Mahmudovun sadiq adamına çevrilib. Bununla da N.Əliyevin deputatlığa yolu açılıb.
Məlum MTN olaylarından sonra hədəfə gələn deputat Nəriman Əliyev hazırda çox çətin günlərini yaşayır. Bununla bağlı mediada yayılan məlumatlardan aydın olur ki, deputata məxsus “Ştutqart” mağazalar şəbəkəsi iflas həddindədirlər.
Amma səbəb yalnız infilyasiya deyil. Belə ki, media üzərindən apardığımız araşdırmalardan belə aydın olur ki, indiyə qədər Almaniyadan Azərbaycana avtomobil hissələri gətirən bu mağazalar kifayət qədər gəliri olub.
Belə ki, maşın hissələrini ölkəyə idxal edən zaman gömrük rəsmiləşdirmələrindən yayınan “Ştutqart” mağazalar şəbəkəsinin gəlirinin böyük hissəsi Nəriman Əliyevi himayəsinə götürən sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova verilirmiş.
Eldar Mahmudovdan sonra himayəçisini itirən Nəriman Əliyev hazırda gömrük rəsmiləşdirmələrindən yayına bilmədiyi üçün böyük ziyana düşdüyü deyilir.

Palitika.Az

Şərhlər

XƏBƏR LENTİ