XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Nərimanov rayon Məhkəməsinin hakimi niyə "protiv" gəzir? VİDEOFAKT

Nərimanov rayon Məhkəməsinin hakimi niyə "protiv" gəzir? VİDEOFAKT

Nərimanov rayon Məhkəməsinin hakimi niyə "protiv" gəzir? VİDEOFAKT
16-10-2017, 11:06

Son günlərdə bəzi məmur və məmur övladlarının idarə etdikləri avtomobilləri düzgün şəkildə idarə etməməsi və sürət həddini aşması bir neçə yol qəzalarının ölümlə nəticələnir. Beləki, bu yaxınlarda Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin hakimi Əliyev Abbas Baba oğlu idarə etdiyi avtomobillə Bakı şəhər Nobel prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq sahibkarın 10-TG-776 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin hərəkət istiqamətinə çıxaraq hər iki avtomobilin toqquşmasına səbəb olmuşdur. Beləki, yol nəqliyyat hadisəsi baş vermiş həmin yolda hakim Abbas Əliyevin avtomobilinin istiqamətləndiyi yolda sola dönməklə baş yola çıxmaq üçün hərəkət etmək qadağamdır və Abbas Əliyev yolun ancaq düz istiqamətində hərəkət edə bilərdi. Onun yolun soluna yani marşrut avtobusunun hərəkət yoluna çıxması yol hərəkəti qaydasının kobud şəkildə pozması və bununlada hadisənin onun təqsirli hərəkəti nəticəsində baş verməsi deməkdir. Hadisənin baş verməsi anını özündə əks etdirən şəhər quraşdırılmış videkameralar vasitəsi ilə çəkilmiş kadrlarda aydın şəkildə görülməsi mümkündür. Lakin bayaq qeyd etdiyimiz kimi bəzi məmurların vəzifə səlahiyyətlərindən sui istifadə etməsi , pul və ya tapşırıq gücünə sadə vətəndaşın, hər hansı bir sahibkarın hüquqlarının pozulmasına gətirib çıxarır. Buna misal olaraq hakim Abbas Əliyev hakimliyin verdiyi imkanlardan sui istifadə edərək Yol polisinə təziq göstərmiş onun təqsirkar olması barədə məlumatların sənətlərdə əks olunmamasına nail olub hadisənin tam və hər tərəfli raşdırılmasına nail olub. Bundan başqa hakim Abbas Əliyev Sabunçu rayon məhkəməsinin də hakimi Vaqif Həsənovla şəxsi dostluq əlaqələri nəticəsində sahibkarın şəxsi mülkü olan avtobusu hüquqi şəkildə istifadəyə verilmiş şəxsi mülkiyəti olmayan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına , istifadəsinin qadağan olunmasına və axlanaraq cərimə meydançasına qoyulması ilə bağlı qərar çıxarılmasına nail olub. Bundan başqa Abbas Əliyev sahibkadan 19.000 manat pul tələb edir, guyaki maşına ciddi ziyan dəyib. Halbuki, video görüntülərdəndə görünürki, sürət həddi çox aşağı olmuşdur.
Birneçə gün bundan əvvəl hakim Abbas Əliyev sahibkar xəbər göndərmi, “nə aşağı, nə yuxarı 7.000 manat versin canını qurtarsın” demişdi. “Yoxsa bütün məhkəmə orqanları , polislər məni çox yaxşı taniyir və mənim həmkarlarımdır. Hara getsəz söz mən deyən olacaqdır”. Ona görədə hesab edirikki, Abbas Əliyevin bu qanunsuz hərəkətlərində korrupsiya əməllərini əhatə edən xüsusiyyətlər vardır.
Sahibkarın bildirdiyinə görə Abbas Əliyevin iştirakı ilə törədilmiş yol nəqliyyat hadisəsinin tam , hər tərəfli araşdırılmasına , hadisənin kimin təqsiri ucbatından baş verməsini obyektiv şəkildə nəticələnməsini , düzgün hüquqi qiymət verilməsini aidiyəti qurumlardan xahiş edib öz haqqının bərpasını istəyir. Bununla bağlı cənab Prezidentimiz İlham Əliyevə və onun xanımı Mehriban xanım Əliyevaya bir neçə məktublar göndərmış amma nədənsə heçbir nəticəsi yoxdur. Cənab Prezidentimiz yaxşı demişdir: Sahibkarlığın inkişafına heçbir məmur mane ola bilməz.
Qarşı tətəfi dinləməyə hazırıq.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.