SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Rektor Akif Süleymanova qarşı yeni iddialar... - İTTİHAM VAR

Rektor Akif Süleymanova qarşı yeni iddialar... - İTTİHAM VAR

Tarix:

16-10-2017, 10:46

/ 59 039 dəfə oxundu.
Rektor Akif Süleymanova qarşı yeni iddialar... - İTTİHAM VAR

Azərbaycan Texnalogiya Universitetinin bir qrup müəllim və işci heyyətindən redaksiyamıza məlumat daxil olub. Bu məlumatı oldugu kimi nızərinizə catdırırıq.
Texnologiya Universitetinin rektoru Akif Süleymanovu çirkin əməllərdən uzaqlaşdıra bilmirik ki, bilmirik.
Bir neçə ay bundan öncə Texnologiya Universitetinin Elmi şura məclisində çirkin əməllərlə Universitetin MMM və QMT fakültələrinin sabiq dekanı Dosent Həsən Musa oğlu Musayev və Dosent Məsim Kazım oğlu Abadov dekanatlığın ad dəyişməsi adı altında tutduqları vəzifədən azad ediblər.
Texnologiya Universitetinin rektoru Universitetdə fakültələrin və şöbələrin adlarını dəyişməklə məşğuldur. 2017 ci il Sentyabr ayının 13 də Universitetdə Elmi şura keçirdən rektor Akif Süleymanov, Universitetin bir neçə şöbələrinin adını dəyişərək, işçiləri kütləvi halında işdən kənarlaşdırmaq istəyir buda yeni hiyləgərlik.
Universitetin "Kitabxana və Nəşriyyat Mərkəzini"," İdman Mərkəzini", "İnformatika və Texnologiya" " Daxili xidmət" "Hərbi uçot" şöbəsinin adını dəyişir, hətta İdman mərkəzini Universitetin Davamlı İnkişaf şöbəsinə verməyi də gülüncə səbəb olub. Bütün Respublika ali məktəblərində İdman yüksək pillələrdə yer alsada Texnologiya Universitetində İdman Mərkəzi heç bir fəaliyyəti olmayan bir şöbəyə verilməsi görünür ki, Texnologiya Universitetinin rektoru Akif Süleymanov ya Tədrisi bilmir, yada o Cənab Prezident İlham Əliyevin idmana göstərdiyi diqqəti dəyərləndirmir. Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov Sentyabrın 26 məzuniyyətə getmək adı altında Universiteti Tədris işlər üzrə prorektor Vüqar İsmayılova tapşıraraq bildirmişdir ki, 2017 ci il 29 Noyabr tarixinə qədər, kütləvi ixtisarla bağlı xəbərnamələri Universitetin texniki işçilərinə tam paylanılsın. Akif Süleymanov "Axırıncı Aşırım" kinosunda Kərbəlayının oyununu oynayır külli ixtiyari verir Qəmlonun əlinə, Bu Universitetin Tədris işləri üzrə prorektoru Qəmlodan geri qalan adam deyil Vüqar İsmayılovda bu Qəmlo kimi "cəlladın başkəsənin biridir ay bəy".
2017 ci il 27-28-29-30 Sentyabr ayı Azərbaycan Texnologiya Universitetinin "Daxili xidmət şöbəsinin işçilərini, Kitabxana və nəşriyyat şöbəsinin işçilərini, İnformatika, və Texnologiya şöbəsinin işcilərini, idman Mərkəzinin işçilərini, universitetin daxili mühafizə işçilərinə və Hərbi uçot şöbəsinin işçilərini" Texnologiya Universitetinin İnsan Resursları şöbəsinə çağırılaraq, bildirilib ki, ( Azərbaycan Texnologiya Universitetinin Elmi Şurasının 13.09.2017 ci il tarixli 01 saylı protokoluna və 13.09.2017 ci il tarixli 196 №-li əmrinə əsasən Kitabxana və nəşriyyat şöbəsi, İnformatika, və Texnologiya şöbəsi, idman Mərkəzi, və Hərbi Uçot şöbəsi, Daxili xidmət şöbəsi, mühafizə xidməti, 29.11.2017 ci il tarixindən ləğv ediləcəkdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1 ci və 2 ci bəndlərinə əsasən işçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda bu məcəllənin 70-ci maddəsinin b) bəndi ilə işə götürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdarlıq etməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə azı bir iş günü əmək funksiyanızın icrasından azad edilirsiniz. Rektor vəzifəsini müvəqqəti icra edən: imzasıyla dos. Vüqar İsmayılov.)
Texnologiya Universitetinin Rektoru Akif Süleymanov bilərəkdən bu addımı atır, hiyləgərlik edərək xəstəlik adı altında Universitetdə olmadığı vaxt bu işləri həvalə edir Tədris işlər üzrə Vüqar İsmayılova, Elə ki iş böyüyür Dövlət səviyyəsinə qalxır onda mənim xəbərim yoxdur deyərək aradan asanlıqla çıxır.
Xəbərdarlıq olunan şəxslərin siyahısını ardıcıllıqla aşağıda göstəririk.
1. Kitabxana və Nəşriyyat şöbəsinin 27 işçisinə xəbərdarlıq olunub.
2.Daxili Xidmət şöbəsinin 91 işçisinə xəbərdarlıq olunub.
3. İdman mərkəzinin 8 məşqçi müəlliminə xəbərdarlıq olunub.
4.Hərbi Uçot şöbəsinin 4 işçisini xəbərdarlıq olunub.
5.İnformasiya və Texnologiya Şöbəsinin 4 işçisinə xəbərdarlıq olunub.
6.Universitetin Mühafizəsini xidmətinin 13 işçisinə xəbərdarlıq olunub.
Ümumi 150 artıq Universitetin işçisinə xəbərdarlıq olunub. Akif Süleymanovun niyyəti odur ki, yarıdan çoxunun yəni 100 nəfərə yaxın insanı ixtisara salsın.
Azərbaycan Texnologiya Universitetinin Elmi Şurasında qoyulan ixtisarla bağlı məsələyə, yəni bu yuxarıda adları çəkilən şəxslərin ixtisarına öz iş yoldaşları səs verərək qərara alıblar. O şəxslər kimlərdir, Universitetin professor və dosentləridir. O professorlardır ki, 40 ildən artıqdır universitetdə işləyirlər bütün rektorlara yaltaqlanaraq kreslo kürsülərindən enməyiblər,o şəxslərdir ki onlar bütün rektorlara yaltaqlanınr və o rektorlar işdən azad olunan kimi onların arxasınca xoşa gəlməz sözlər danışıblar.
Diqqətinizə çatdıraq ki, 2016 cı ilin dekabr ayında Universitetin Professoru Cahangir Hacıyevin işdən kənarlaşmağını elmi Şuraya çıxarılanda həmin şəxslər öz 40 illik iş yoldaşlarının çıxarılmasının Lehinə səs vermişdilər, hətta bu yuxarıda adlarını çəkdiyimiz şəxslər sabiq dekan Məsim Abadovun, sabiq dekan Həsən Musayevin, və sabiq Dəftərxana müdiri Gülnara Alışovanın, Elmi Şurada onların dekanatlıqlarının və dəftərxana şöbəsinin ləğviylə bağlı lehinə səs vermişdilər. Sabiq Dekanlar Həsən Musayev, Məsim Abadov, və Dəftərxana müdirinidə işlədikləri dekanatlığın, və şöbənin adını dəyişmək adı altında işdən azar ediblər, bu ad dəyişmə məsələsində səs çoxluğu üstün gəldiyindən məsələ qərara alınır yəniki bu professorlar, Elmi şurada məsəliyə çıxarılan ad dəyişmə məsələsində böyük rol oynayırlar.
2017 ci ilin sentyabr ayının 13 də yenə Texnologiya Universitetinin ( Hərbi Uçot şöbəsinin birləşdirilməsində, İdiman Mərkəzinin Ləğvində, İnformatika və Texnologiya şöbəsinin adı dəyişirilməyinə, Daxili Xidmət şöbəsinin adı dəyişirilməyinə, Universitetin Mühafizəsi xidmətinin adı dəyişirilməyinə, kitabxana və İnformasiya şöbəsinin adının dəyişirilməyinə elmi şurada səs veriblər.)
Azərbaycan Texnologiya Universitetinin elmi şurasının üzvü olan 4 professor, onlardan üçü kafedra müdri, bu kafedra müdiri olan bir şəxs universitetdə "CINDIR" ləqəbli tanınan və biri “Qaloş” ləqəbli dekan rektorun bəy tərifi deyənləridir.O hansı insanlığa, ziyalılığa, kişiliyə yaraşar ki ayda 130 manat pul alan texniki işçinin, xadiməçinin, fəhlənin, və digər şəxslərin çörəyini kəssin. Buda Universitetin professorları, ziyalıları ayıbdır vallah.
2018 ci ilin oktyabr ayında Prezident seçkisidir, Azərbaycan Texnologiya Universitetinin rektoru Universitetdə ixtisar aparmaqla, dövlətə qarşı çıxır, Sabiq dəftərxana müdiri Alışova Gülnara Gəncə Şəhər Kəpəz Rayonunda "MƏNTƏQƏ" sədri işləyir o, insanın prezident seçkilərində böyük xidmətləri olub.
Texnologiya Universitetinin rektorunun harınlamış şoferi Tağıyev Müzəffər Elxan oğlu, bir neçə gün bundan qabaq İdman mərkəzinin işçilərini Akif Süleymanovun qəbuluna buraxmayıb. İdman mərkəzinin məşqçi müəllimlərini, Rektor Akif Süleymanov işdən azad edib, bir neçə müəllim Akif Süleymanovun qəbuluna getsədə, onları Rektor başının quldur dəstəsilə Universitetin Elmi Şura zalında tək-tək qəbul edəcəyini bildirib.
İdman mərkəzinin müəllimləri buna etiraz etsələrdə ki, biz birlikdə Akif Süleymanovu görməliyik İdman mərkəzinin kollektivinin sözü var bizi qəbul etsin rektor, lakin Universitetin Ümumi şöbəsinin müdiri Mətləb Oqtay oğlu Əliyev onlara bildirib ki, bizə rektor tapşırıq verib ki İdman mərkəzinin müəllim kollektivini tək-tək qəbul edəcəm. Diqqətinizə çatdıra ki, Texnologiya Universitetinin Ümumi şöbəsinin müdiri Mətləb Oqtay oğlu Əliyev 2015 - 2017 ci illərdə Gəncə Şəhər Təhsil İdarəsinin Maliyyə şöbəsinin müdiri olubdur. Mətləb Oqtay oğlu Əliyev Gəncə şəhər Təhsil İdarəsində maliyyə şöbəsinin müdiri olduğu illərdə maliyyə pozğunluğu və külli miqdarda pul yeyintisi olduğundan tutduğu vəzifədən korrupsiya yolu ilə kənarlaşdırılıb. Mətləb Oqtay oğlu Əliyev hal-hazırda universitetdə iki vəzifəni icra ediri, Audit və Ümumi şöbə müdiri vəzifəsini. Mətləb Oqtay oğlu Əliyevin çirkin əməllərindən növbəti yazılarımızda universitetin digər vəzifəli şəxslərinin iç üzlərinin açılmasında yazımızda göstərəcəyik.
Azərbaycan Texnologiya Universitetinin Rektoru Akif Süleymanovun yeni oyunları.
Ümumi şöbənin müdiri Mətləb Oqtay oğlu Əliyev özünü Vüsal adlı yaxın dostunu Universitetə Audit vəzifəsinə yəni icra etdiyi iki vəzifəsidən birinin yerinə gətiribdir. Belələrinə nə ad vermək olar " QRABİTEL TUFEYLİ"
Rektorun şoferi Tağıyev Müzəffər Elxan oğlu Rektorun qəbuluna gedən Universitetin işçilərini, aldadaraq hər bir işçiyə yalandan vəd verir, rektor Akif Süleymanovun şoferi olmaqla həmdə can güdənidir.
Rektor Akif Süleymanovun 20-AA-520 markalı dövlət nişanlı avtomobilinin baqaj hissəsinin altından "GÖZ" muncuğu asılıbdır, maraqlıdır ki, bu avtomobili idarə edən şofer Müzəffərin ,rektor Akif Süleymanovun hansı müsbət insan keyfiyyətli əməlinə göz dəyəcək?
Bəlkədə Akif Süleymanov işarə edir ki, mənim arxamdada göz var. Amma çox güman ki, Universitetin Maliyyə büdcəsini ata mülkü kimi xərcləyən Rektor Akif Süleymanov çirkab pulları şoferi Müzəffərlə birlikdə dövlət nişanlı 20-AA-520 markalı maşınının arxasında gizlədir ondan yana Akif Süleymanov o haravasının arxasına gizli göz qoyub ki, görüm Universitetin inzibati binasında oturan 1000 manat və 3000 manat alan şəxslərdən mənim çirkin puluma kim göz tikib, ounun gözünü çıxardıb maşının açarına brelok edim. MARAQLIDIR yoldaş Akif Süleymanovun bu gözməsələsi.
Azərbaycan Texnologiya Universitetinin İdman Mərkəzinin məşqçi müəllimləri "MƏTBUAT" konfransı keçirəcəklər. Universitetin rektorunun şoferi Tağıyev Müzəffər Elxan oğlu , Ümumi şöbənin müdiri Mətləb Oqtay oğlu Əliyev, İnsan kapitalının idarəetmə mərkəzinin direktoru Zaur Cəmaləddin oğlu Əliyev, və digər vəzifəli şəxslərin haqqında "MƏTBUAT" konfransında onların çirkin əməllərindən geniş açıqlama verəcəklər.
Azərbaycan Texnologiya Universitetinin işləyən və işdən azad olunan şəxsləri Cənab Prezident İlham Əliyevə Müraciətləri olacaqdır, "MƏTBUAT" konfransına müraciət etməklərinin səbəbi budur. Yuxarıda adları çəkilən Universitet daxilində özbaşınalıq edən şəxslərində hər birinin foto şəkilləri mətbuatda işıqlanacaq.
Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov bu qədər insanlara əzab vermə, neçə insanı 130 manat maaşa ehtiyacı olan şəxsləri çörəyinə möhtac olmaq kişiyə yaraşmaz, sizə ancaq insan yox "MANQURT" demək olar.
Qarşı tərəfində fikrini öyrənmək bizim ücün cox vacibdir. Buna görədə Universitetin mətbuat xidməti ilə əlaqə saxlayıb aldıgımız məlumatı nəzərinizə catdıracagıq.
resmixeber.az
Adları çəkilən qurum və şəxslərin mövqelərini dərc etməyə hazırıq!

Şərhlər

XƏBƏR LENTİ